Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 75,4 faizi sənaye və tikinti sahəsinə sərf olunub

Bu ilin yanvar-may aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 54,4 faizi sənaye, 21 faizi isə tikinti sahələrinə sərf olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, həmin dövrdə ümumi vəsaitin 12,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət, hər birində 1,9 faiz olmaqla kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, dövlət idarəetməsi və müdafiə, sosial təminat, 1,1 faizi informasiya və rabitə, 1 faizi təhsil, 0,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 0,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, hər birində 0,4 faiz olmaqla ticarət, nəqliyyat vasitələrinin təmiri, inzibati və yardımçı xidmətlərin göstərilməsi, hər birində 0,3 faiz olmaqla maliyyə və sığorta fəaliyyəti, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.

Oxşar xəbərlər

Leave a Comment