İNSANLARA SEVGİ DOLU ÜRƏK SAHİBİ

Seyfəddin Ağayev – 65 Ölkənin tikinti sahəsində çoxillik iş stajına malik elə inşaatçı-mühəndislər vardır ki, onlar 45-50 ildir ki, tikintinin müxtəlif sahələrində çalışır və sözün əsl mənasında tikdikləri ilə böyük tarix yaradır və bu gün də ölkə inşaatında aparıcı mövqelərdə dayanaraq tikir, qurur, özlərindən sonrakı gənc inşaatçılar nəslinə nümunə göstərir, müəllimlik edirlər. Belələri tikintinin bütün istiqamətlərində var – sosial tikintidə də, sənaye, metro, yol, su və energetika tikintilərində də yetərincə çoxdurlar. Onlardan biri haqqında – hardasa 50 ilə yaxın tikintidə can qoyan, bütün həyatı, yaşam tərzi ilə tikintiyə bağlı olan…

ardını oxu...

Paytaxtda daha bir yerüstü piyada keçidi istifadəyə verilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında hazırlanan daha bir layihə yekunlaşmaq üzrədir. Agentlikdən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Neapol küçəsində Heydər Əliyev parkının yanında yerüstü piyada keçidinin tikintisi artıq sona çatır. Bu ərazidə, yolun hər iki tərəfində yaşayış binaları, sosial və iaşə obyektləri mövcuddur. Bu üzdən keçid yolun sağ və sol tərəflərinə maneəsiz, təhlükəsiz piyada gedişini təmin edəcək. Müasir görünüşü ilə fərqlənən keçidin uzunluğu 76.5 metr, daxili hündürlüyü 3 metr, keçidaltı qabariti 5.5 metrdir. Piyada keçidi 2 giriş-çıxışdan ibarətdir. Konstruksiyası metal, bəzək materialı alüminium kompozit panel və şüşə…

ardını oxu...