Türkiyədə şiddətli zəlzələ: qüllə aşdı, yaralananlar var

Türkiyənin Bingöl şəhərinin Qarlıova mahalında 5,8 bal gücündə zəlzələ olub. Axar.az xəbər verir ki, bu barədə Qəndilli Rəsədxanası məlumat yayıb. Zəlzələnin episentrinin yerin 5 kilometr dərinliyində olduğu bildirilib. Yeraltı təkanlardan sonra insanların küçələrə çıxdığı qeyd edilib. Hələ ki, tələfat və dağıntı ilə bağlı məlumat verilmir. *** Türkiyə Daxili İşlər naziri Süleyman Soylunun sözlərinə görə, Qarlıovada patrul qülləsinin aşması nəticəsində 1 təhlükəsizlik qorucusu dağıntı altında qalıb, 2-si yaralanıb.

ardını oxu...

Dövlət agentliyi alternativ enerji təchizatının yaradılması çərçivəsində üç texnologiya üzrə layihə hazırlayır

2020-ci ildə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ucqar yaşayış məntəqələrində alternativ enerji təchizatının yaradılması çərçivəsində üç texnologiya üzrə layihə hazırlayır. İnsaatci.Az bildirir ki, bunu Trend-ə Agentliyin sədr müavini Cəmil Məlikov deyib. Onun sözlərinə görə, bütün dünyada qazlaşdırma sisteminin və təbii qazla təchizat sahəsində müvafiq infrastrukturun olmaması təqdirində əhalinin istiliklə təmin edilməsinin sınanmış üsulları və texnologiyaları mövcuddur: “Biz bu sahədə problemin həlli ilə bağlı Avropa və MDB ölkələrinin təcrübəsini təhlil etmişik. Beləliklə, bu gün əhalinin istilik və istilik enerjisi ilə təmin olunması üsulları hazırlanır”. C.Məlikov bildirib ki, Agentlik…

ardını oxu...

Ağalar Vəliyev: “Doğma Azərbaycanımızın ən əlamətdar günlərindən biri olan 15 iyun Heydər Əliyevin adı ilə sıx bağlıdır”

Milli Məclisin deputatı Ağalar Vəliyev seçicilərini 15 iyun-Qurtuluş Günü ilə bağlı təbrik edib. “OLAYLAR” xəbər verir ki, deputat təbrik mesajında 97 saylı Goranboy – Ağdam – Tərtər Seçki Dairəsinin seçicilərini 15 iyun – Milli Qurtuluş Günü münasibətilə səmimi qəlbdən təbrik edir, onlara ən xoş arzularını çatdırır: “Doğma Azərbaycanımızın ən əlamətdar günlərindən biri olan 15 iyun xalqımızın yeni tarixinin yaradıcısı, müstəqil dövlətçiliyimizin banisi, Ulu Öndərimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Çağdaş tariximizdə müstəsna yeri olan Ümummilli Liderimiz azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi öz müdrik siyasəti, dönməz əqidəsi və dahiyanə uzaqgörənliyi…

ardını oxu...

Dünyanın memarlıq inciləri

Sizə müxtəlif ölkələrdə yerləşən, lakin çox az adam tərəfindən tanınan memarlıq nümunələrini təqdim edirik. Dünyada Tac Mahal kimi məhşur olan bir çox memarlıq nümunələri var. Bununla belə dünyanın bir sıra memarlıq inciləri var ki, çox az tanınıb. Sizə müxtəlif ölkələrdə yerləşən, lakin çox az adam tərəfindən tanınan memarlıq nümunələrini təqdim edirik. Malidə Böyük Cenne məscidi. Məscid Afrikanın ən məhşur tikilisidir və UNESCO-nun mədəni irs siyahısına daxil edilib. Hindistanın Rajastan əyalətində Abhaneri kəndində yerləşən pilləkanlı quyu. Çand Baori adlanan bu memarlıq nümunəsi eyni zamanda gənclərin üzgüçülük üçün müraciət etdiyi yerlərdən biridir.…

ardını oxu...

Yarım milyard avro qiyməti olan Eyfel qülləsi – Hitler onu partlatmaq əmri verib, general icra etməyib

Fransa mətbuatı pandemiya ilə əlaqədar uzun sürən fasilədən sonra paytaxt Parisin qapılarını yenidən turistlərə açacığı haqqında xəbərlər yayıb. Sözsüz ki, Fransaya səfər etməyi planlaşdıranlar ilk növbədə Parisdə yerləşən Eyfel qülləsini göz önünə gətirirlər. Eyfel qülləsi dünyada turistlər tərəfindən ən çox ziyarət olunan yer sayılır, həmçinin bu qüllənin qarşısında çəkilən şəkillərin sayı da rekord həddədir. Dünyanın marağını özünə cəlb edən Eyfel qülləsinin sirri nədədir? Bu qüllə haqqında nələri bilirik? Musavat.com Eyfel qülləsi haqqında ən maraqlı faktları təqdim edir. 1. Eyfel qülləsi bu möhtəşəm tikilinin müəllifi Qustavo Eyfelin adını daşıyır. 2. Eyfel…

ardını oxu...