Seulda “Əjdaha” qonaq evi  

Koreyanın paytaxtı Seulda “Moon Hoon” memarlıq şirkətinin layihəsi əsasında 3 mərtəbəli qonaq evi inşa olunub. Insaatci.az Modern.az saytına istinadla xəbər verir ki, “Go.mir” adlandırılan layihə əjdaha formasındadır və doğrudan da nağıllar aləminin bu nəhəng heyvanını xatırladır. Binanın birinci mərtəbəsində kafe, eləcə də vanna otaqları ilə təchiz olunmuş kiçik otaqlar yerləşir. İkinci və ikinci mərtəbələrin hər birində yerləşən otaqların isə ümumi duşxanası var. Binanın damındakı orijinal pilləkənli terras vasitəsilə baxış meydançasına qalxmaq mümkündür. Buradan dənizə və dağlara gözəl mənzərə açılır.

ardını oxu...

Çoxfunksiyalı sualtı otel binası

“Water Discus Hotel” sualtı otelin İran körfəzində, Dubay sahili yaxınlığında inşası planlaşdırılır. Modern.az “Arxinovosti” saytına istinadla xəbər verir ki, “Deep Ocean Technology” memarlıq şirkətinin layihəsi əsasında hazırlanan otel binası bir neçə hissədən ibarət olaraq. Belə ki, onun həm suyun altında, həm də üzərində inşa edilməsi nəzərdə tutulub. Layihəyə görə, hotel nömrələri binanın sualtı hissəsində yerləşdiriləcək. Bu qurğunun görünüşü qazma platformasını xatırladır. Otelin bazasında dəniz mühitinin öyrənilməsi və mühafizəsi mərkəzi də yaradılacaq.

ardını oxu...

“Əgər həmin institutu bu günə salmışıqsa, təsəvvür edə bilərik ki, millət hansı vəziyyətdədir”

“Təki Həsən bəy Zərdabidə olan enerjinin yüzdə biri bizdə olaydı…” Xəbər verdiyimiz kimi bu gün Azərbaycanın böyük maarifçisi, islam dünyasının ilk təbiətşunas alimi, “Əkinçi” qəzetinin yaradıcısı Həsən bəy Zərdabinin doğum günüdür. Moderator.az-ın əməkdaşı bu münasibətlə bir neçə ziyalının Həsən bəy Zərdabinin fəaliyyəti haqda fikirlərini öyrənib. “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev saytımıza açıqlamasında onun böyük ziyalı, millət yaradıcısı olduğunu bildirdi: “Həsən bəy Zərdabinin ziyalılığının miqyasını yalnız onun yaratdığı qəzetlə ölçmək düzgün deyil. Əlbəttə, medianın banisi kimi onunla fəxr edirik. Amma Həsən bəy Zərdabi öz dövrünün ictimai xadimi, ziyalısı və…

ardını oxu...

Azərbaycan Mətbuatının yaranmasının 145 illiyi qeyd olunacaq

 Mətbuat Şurası(MŞ) Azərbaycan Mətbuatının yaranmasının 145 illik yubileyinin qeyd edilməsinə hazırlaşır. Bu barədə Modern.az-a MŞ sədrinin müavini Müşfiq Ələsgərli məlumat verib. O qeyd edibki, Şura ölkənin ən böyük jurnalist təşkilatı olaraq, müəyyən tədbirlər planlaşdırır: “Sadəcə olaraq, koronavirus oandemiyası ilə əlaqədar olaraq, tədbirlərin ənənəvi formada keçirilməsində məhdudiyyətlər, əngəllər var.  İnsanların sağlamlığına təklükə törətməmək məqsədilə kütləvi tədbirlər keçirilməyəcək. Lakin yubiley tədbirlərinin keçirilməsinin yeni variantlarını düşünmək lazımdır. Ona görə, Şurada müzakirələr aparılır. Mətbuatın yaranmasının 145 illiyi ilə bağlı yeni formada qeydetmələr ola bilər. Müzakirələrimizin nəticəsində atılacaq addımlar barədə media üçün də açıqlama veriləcək”.

ardını oxu...

ROTŞİLD AİLƏSİNİN PARLAYAN YENİ ULDUZU:o, Çinin maliyyə sistemini tam ələ keçirib – ARAŞDIRMA

“Takvim”, Türkiyə, 23 iyun 2020-ci il ABŞ da, İngiltərə də qarışıb. Bunu küçələrdən görmək çətin deyil. Bu iki ölkə kodlar vasitəsilə yeni sistem üçün vuruşur və bu, çılpaq gözlə baxarkən meydanlardan, heykəllərdən görünür. Bu şəraitdə, daha öncə də yazdığım kimi, yenə Mayk Pompeo önə çıxır. Sanki, Vaşinqtonun pultu onun əlindədir. Atası Ueyn Pompeonun öldürülməsi ABŞ Xarici işlər naziri Mayk Pompeonu xeyli sarsıdıb. Ancaq o, öz bacarıq və ağılı ilə hər bir durumda ölkəsi üçün çox önəmli olan qərarlar ala bilən biridir. Son qərarı isə tarixi dəyişdirəcək bir addım olub. Amma bu barədə çox yazılmayıb.…

ardını oxu...

Manhetten Layihəsi: Amerikalılar atom bombasını necə yaratdı və tətbiq etdi?

“Manhetten Layihəsi” – ABŞ-da 1942-ci ilin 13 avqust tarixində başlayan nüvə silahı inkişaf proqramının kod adıdır. Bundan əvvəl araşdırmalar “Uran komitəsi”ndə (S-1 Uranium Committee, 1939-cu il) aparılırdı. Layihədə ABŞ, Böyük Britaniya, Almaniya və Kanadadan olan alimlər iştirak edirdilər. Layihə çərçivəsində üç atom bombası yaradıldı: “Gadget” plutonium bombası (ilk nüvə sınağı zamanı partladı), “Little Boy” uran bombası (6 avqust 1945-ci ildə Xerosimaya atıldı) və “Fat Man” plutoniun bombası (9 avqust 1945-ci ildə Naqasakiyə atıldı). Layihəyə amerikalı fizik Robert Oppenheimer və general Lesli Qrovs rəhbərlik edirdi. Yeni yaradılan qurumun məqsədini gizlətmək üçün…

ardını oxu...