OLDUĞU KİMİ GÖRÜNƏN ADAM…

Tanınmış jurnalist, yazıçı-ssenarist Elşən Qəniyevin 55 yaşına dost sözü … Deyirlər, hər bir insan həyatda öz taleyini yaşayır. Zaman isə hər kəsə qiymət verməyi bacaran müəllim rolunda çıxış edir. Xoşbəxt o insandı ki, zamanın süzgəcindən keçir, işlədiyi hər yerdə xoş təəssürat yaradır, insanların sevgisini qazanır, sədaqətli dostluğu və öz sahəsində peşəkarlığı ilə seçilir, müəyyən iz qoyur. Tanınmış jurnalist, qələm dostumuz, yazıçı-publisist, ssenarist Elşən Qəniyev (Elşən Qəni) də məhz belə yaradıcı insanlarımızdandır. Bu böyük qəlbli peşəkar qələm adamının və eyni zamanda, fədakar insanın imzası ilə tanışlığım tələbəlik illərindən – BDU-nin tələbəsi olduğumuz…

ardını oxu...

Əhməd İsmayılov: Milli mətbuatımız ötən 145 ildə zəngin və şərəfli yol keçib

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru Əhməd İsmayılovun milli mətbuatın 145 illik yubileyi münasibətilə AZƏRTAC-a müsahibəsi. –Əhməd müəllim, Azərbaycan milli mətbuatının 145 yaşı tamam olur. Yubileylə bağlı KİVDF hansı işlərin görülməsini planlaşdırır və görür? -Suala görə təşəkkür edir və müsahibənin əvvəlində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan zabit və əsgərlərimizə Allahdan rəhmət diləyirəm. Bildiyiniz kimi, müharibə təkcə cəbhədə, qoşunların təmas xəttində deyil, həmçinin informasiya məkanında da davam etməkdədir. Bu gün cəbhədə böyük şücaət göstərən hərbçilərimizlə…

ardını oxu...

Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təqdimat mərasimində iştirak ediblər

İyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təqdimat mərasimində iştirak ediblər. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına və birinci xanıma məlumat verdi ki, dövlət tərəfindən bu binada şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 62 mənzil verilib. Bu mənzillərin 42-si Qarabağ müharibəsi əlilləri, 20-si isə şəhid ailələri üçün nəzərdə tutulub. Prezident İlham Əliyev və birinci…

ardını oxu...

Bir gündə 13 milyard dollar qazandı – MARAQLI

İnternet vasitəsi ilə həyata keçirilən alış-verişlər hər gün artmağa davam edərkən elektron ticarət nəhəngi “Amazon”un hissələri dünən 7,9 faiz yüksəlib.  Beləliklə firmanın qurucusu Ceff Bezosun sərvəti sadəcə 1 gündə 13 milyard dollar artaraq 189,3 milyard dollara çatıb.   Moderator.az xəbər verir ki, şirkətin 56 yaşlı qurucusu buna paralel olaraq son 7 ay 3 həftədə sərvətində 74 milyard dollarlıq artım olduğunu söyləyib.

ardını oxu...

Ayın yaşı nə qədərdir – Yeni məlumatlar var

Almaniyanın Berlindəki aerokosmik mərkəzinin alimləri kompüter modelləşdirilməsi vasitəsilə Ayın doğum tarixini bərpa ediblər. Insaatci.az Milli.Az-a istinadla xəbər verir ki, onlar bu araşdırma ilə bəzi ümumi qəbul edilmiş nəzəriyyələri pozublar. Qeyd edək ki, Ayın Yerin protoplanet Teia ilə toqquşmasından sonra meydana gəldiyinə inanılır. Kosmik kataklizm nəhəng yer süxurlarının Yer orbitinə atılmasına səbəb olub. Onlar təbii peyk üçün “əsas” olub. Mövcudluğunun ilk illərində Ay tamamilə əriyib. Alimlər magmatik okeanın nə qədər tez soyuması və bərkiməsi lazım olduğunu hesablayıblar. Tədqiqat çərçivəsində astronomlar Ay qabığının istilik keçiriciliyini, həmçinin magmada qaya hissəciklərindən istiliyi buraxması prosesini…

ardını oxu...

Cari ildə əsas kapitala yönəldilmiş vəsaitin 75,6 faizi sənaye və tikintiyə sərf olunub

Bu ilin yanvar-iyun aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 54,3 faizi sənaye, 21,3 faizi isə tikinti sahəsinə yönəldilib. Dövlət Statistika Komitəsindən bildirilib ki, yarım ildə ümumi vəsaitin 11,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət, 2,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,4 faizi informasiya və rabitə, 1,2 faizi təhsil, 0,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, hər birində 0,5 faiz olmaqla ticarət; nəqliyyat vasitələrinin təmiri, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,4 faizi inzibati və yardımçı xidmətlərin…

ardını oxu...

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı iclasda nitq söyləyib. Prezident İlham Əliyevin nitqi – Hər il olduğu kimi, biz bu il də plan üzrə altı ayın sosial-iqtisadi yekunlarını müzakirə edəcəyik. Bu ənənə öz bəhrəsini verir. Çünki bu toplantılarda həm görülmüş işlər, buraxılan nöqsanlar təhlil olunur, eyni zamanda, gələcək fəaliyyətimiz üçün praktiki addımların atılması müəyyən edilir. Təbii ki, hər ilin əvvəlində il ərzində görüləcək işlər haqqında qərar…

ardını oxu...

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikintiyə və istismara elektron icazələr sistemi sahibkarlara vebinarda təqdim edilib

İyulun 10-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikintiyə və istismara icazə prosedurlarını asanlaşdıran “Bir pəncərə” elektron müraciət sisteminin yeni imkanları ilə bağlı növbəti maarifləndirici seminar onlayn təşkil edilib, sahibkarları şəhərsalma proseslərinə dair maraqlandıran sual və təkliflər ətraflı müzakirə olunub. Komitədən AZƏRTAC-a bildirilib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) vebinar formatında birgə təşkil etdiyi görüşdə tikinti sektorunda fəaliyyət göstərən şirkət nümayəndələri və fərdi sahibkarlar iştirak ediblər. Təşkilatçılarla yanaşı, digər aidiyyəti dövlət qurumlarının da təmsil olunduğu vebinarda inşaat obyektlərinin…

ardını oxu...

Ermənistan ağır itkilər verdi: 30 ölü, onlarla yaralı… – FAKTLAR

Ermənilərin Tovuz istiqamətində hücumunun qarşısını alan ordumuz şəhid verdi. Azərbaycan tərəfi itkilərlə bağlı rəsmi məlumat açıqlasa da, erməni tərəfi “heç bir itki vermədiyini” iddia edir. Birincisi, döyüşdə hücum edən tərəf həmişə daha çox itki verir. İkincisi, sosial şəbəkələrdə ermənilərin 30-dan çox itki verdiyi haqda məlumatlar yayılıb. Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepyanın Feysbukda yaydığı açıqlamaya rəy bildirən ermənilərin dedikləri bunu təsdiqləyir. Misal üçün, Maria Maria adlı istifadəçi yazır: “Siz insanları aldadırsınız, mənim qohumum orada qulluq edir, artıq 30-a qədər itkimiz var”. Artur Minasyan adlı istifadəçi isə “17 nəfərin…

ardını oxu...

Türkiyədə ən hündür körpünün açılışı oldu

Türkiyədə yeni inşa olunan Beğendik körpüsünün açılış mərasimi keçirilib. Bu çərçivədə, eyni zamanda, Küçüksu-Hizan ayrımı-Pervari magistralı istifadəyə verilib. Insaatci.az Teleqraf.com-a istinad’n xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videoformatla körpünün açılışına qatılıb. Əvvəlcə Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu Botan çayı üstündə 165 metr hündürlükdə tikilən körpünün texniki göstəriciləri və əhəmiyyətindən danışıb. Türkiyə Prezidenti bildirib ki, ölkədə son illər inşa olunan körpü və tunellər, eləcə də magistral yollar ölkə iqtisadiyyatının inkişafına, nəqliyyatın rahat hərəkətinə önəmli təsir göstərəcəkdir. Qeyd edək ki, uzunluğu 450, eni 14 metr olan körpü Vanla Siirt-Pervari…

ardını oxu...