KİVDF 18 qəzetə maliyyə yardımı ayırdı- SİYAHI

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün təşkil edilən müsabiqənin nəticələrini elan edib. KİVDF-dən verilən məlumata görə, ümumilikdə 18 qəzetə maliyyə yardımı ayrılıb. Həmin qəzetlərin siyahısını təqdim edirik: № Qəzetin adı Qalib elan olunduğu sahə 1. “Yeni Azərbaycan” qəzeti 1) Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi2) Azərbaycançılıq ideyasının təbliği 3) Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi 2. “Səs” qəzeti 1) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hassında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi2) Azərbaycançılıq…

ardını oxu...

Kredit dərəcələri 3-4%-dən artıq olmamalıdır – Deputatdan TƏKLİF

Publika.az BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsini təqdim edir: – Qüdrət bəy, ölkədə suya tələbatın kəskin artdığı bir dövrdə Kürün suyunun Xəzərə axmasının məhdudlaşdırılması üçün Kürün Xəzərə töküldüyü yerdə bənd vurulması təklifiniz bəzi “ekspertlər” tərəfindən birmənalı qaşılanmayıb. Hətta bəziləri təəccüblə bildiriblər ki, deputat necə bu cür təklif verə bilər? Çünki kürətrafı rayonlar su altında qala bilər. – Bilirsiniz, yalnız diletantlar belə düşünə bilər. Qənimət Zahidin şərləyənlər dəstəsinin sayıqlamalarına əhəmiyyət vermək lazım deyil. Bir vaxtlar kilsə Qalileydən tələb edirdi ki, yerin öz oxu ətrafında fırlanması ideyasından imtina etsin.…

ardını oxu...

Pandemiya memarlığı başdan-ayağa dəyişdirəcək – Gələcəyin evləri belə olacaq

Yeni tip koronavirus pandemiyası əksər sahələrlə yanaşı, memarlığa da təsirsiz ötüşməyəcək. Publika.az xəbər verir ki, sahənin mütəxəssisləri memarlıqda yeni kriteriyaların ortaya çıxa biləcəyini ifadə edir. İstanbul Medipol Universiteti İncəsənət, Memarlıq və Dizayn Fakültəsinin dekanı Atilla Dikbaşın sözlərinə görə, qısa müddətdə pandemiyanın yayılma riskini azalda bilmək üçün mövcud olan məkanlarda sosial məsafənin qorunub, təmasın minimuma endirilməsinə dair dəyişikliklər edilməlidir. Professorun fikrincə, uzunmüddətli şəhər dizaynı, korporativ mənzil və korporativ memarlıq üçün yeni kriteriyalar müəyyən olunmalıdır: “Sadəcə dizayna deyil, təbiətlə geniş münasibətlərə fokuslanmaq lazım gələcək. Evlərdə keçiriləcək zamanın keyfiyyətli olması üçün açıq havaya çıxmağı…

ardını oxu...

“İyulda əhalini və sahibkarları dəstəkləmək üçün vəsait ayrılmasa, bunun bədəlini…”

“Yeni növ koronavirus infeksiyası dünyanın 158 ölkəsini cənginə alıb, yüz minlərlə insanın həyatına son qoyub, iqtisadi böhranın yeni dalğasının yaranmasında, əhalinin güzəranını pisləşməsində güclü katalizator rolu oynayır. Analoji böhranlarla müqayisədə hazırda dünya iqtisadiyyatında daha dərin, ağrılı proseslər gedir. Dünyanın heç bir ölkəsi bundan kənarda qalmayacaq. İyulun əvvəlinə olan məlumatlara görə, dünyada koronavirusdan ölənlərin sayı 500 min nəfəri, Azərbaycanda isə 200 nəfəri ötüb. Dünyada bu virusdan ölənlərin sayı virusa yoluxanların 5 faizə qədərini, Azərbaycanda isə 1,2 faizini təşkil edir”. Bu sözləri Publika.az-a açıqlamasında deputat Əli Məsimli deyib. O bildirib ki, bu…

ardını oxu...

“Sobsan”dakı dəhşətli yanğından sonra nazirlik araşdırmalara başladı – RƏSMİ AÇIQLAMA

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Binəqədi rayonundakı “Sobsan” boya fabrikində baş vermiş yanğından sonra havanın çirklənməsi məsələsinə münasibət bildirib. Qurumun mətbuat katibi İradə İbrahimova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanğın ərazinin havasına neqativ təsir göstərib: “Mütəxəssislərimiz havadan nümunə götürüblər. Nəticələr analizdən sonra dəqiq bilinəcək və bununla bağlı məlumat veriləcək. Ətraf ərazilərdə çirklənmə baş verib. Təəssüf ki, ətrafda yaşayan sakinlər çirklənmə ilə üzləşib, yanğın müəyyən mənfi təsirlərə səbəb olub”. Qeyd edək ki, Binəqədi rayonundakı “Sobsan” boya fabrikində baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən 300-ə qədər canlı qüvvə…

ardını oxu...

ÜST-dən dünyanı ayağa qaldıracaq ETİRAF

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çində ortaya çıxan və 500 mindən çox insanın ölümünə səbəb olan koronavirus epidemiyası ilə bağlı bir dəyişikliyə imza atıb.  Moderator.az xəbər verir ki, ÜST rəsmiləri Çinin ilk koronavirus hadisələrini gizlətdiyini və viriusun dekabr ayından əvvəl ortaya çıxdığını etiraf edib. ABŞ mediasının yaydığı xəbərə görə, beynəlxalq səhiyyə rəsmiləri ortaya çıxan epidemiyanı ABŞ mərkəzli bir sayta göndərilən məlumatlardan öyrənib. Qeyd edək ki, başda ABŞ prezidenti Donald Tramp olmaqla dünyada bir çox siyasi lider epidemiyanın yayılmasında çinli rəsmilərin məsuliyyət daşıdığını və ÜST-ün bu mövzuda lazımi tədbirlər görmədiyini iddia edir. Kamran

ardını oxu...

Yas mərasimlərinin kütləvi təşkilindən qəti imtina etməliyik – Deputat

Ceyhun Məmmədov, Milli Məclisin deputatı Son günlər koronavirus (COVID-19) xəstəliyinin geniş yayılması ilə bağlı həyəcanlı xəbərlər gəlməkdə davam edir. Bütün xəbərdarlıqlara baxmayaraq vətəndaşların böyük əksəriyyəti əməl etsə də, hələ də bəzi insanlar sərt karantin rejiminin qaydalarına əməl etmir, özlərini və yaxınlarını təhlükəyə atırlar. Hələ də küçələrdə zərurət olmadan gəzən, maskasız hərəkət edən insanları görürük. Reallıq isə ondan ibarətdir ki, virusa yoluxanların və bu səbədən dünyasını dəyişənlərin sayı sürətlə artır. Məlum olduğu kimi, virus daha çox insanların sıx toplaşdığı yerlərdə yayılır. Son təhlillər də göstərir ki, xüsusilə yas mərasimlərinə toplaşan insanlarda…

ardını oxu...