Prezident İlham Əliyev Bakının Nizami rayonunda yenidən qurulan “8-ci km” yarımstansiyasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Bakının Nizami rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 110/35/10 kilovoltluq “8-ci km” yarımstansiyasının açılışında iştirak edib. Insaatci.az AZƏRTAC-a istinadən bildirir ki, “Azərenerji” ASC-nin sədri Baba Rzayev yarımstansiyada görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, “8-ci km” yarımstansiyası 52 il əvvəl tikilmişdir və istismar müddətini çoxdan başa vurmuşdu. Nəticədə burada tez-tez qısa qapanmalar olurdu və enerji sistemi qəza təhlükəsi ilə üzləşirdi. Yenidənqurma nəticəsində bu problemlərin hamısı aradan qaldırılıb. Burada görülən yenidənqurma işləri çərçivəsində yarımstansiyanın açıq və qapalı paylayıcı qurğuları, transformatorları,…

ardını oxu...

Böyük Şor gölündə təmizləmə işlərinə başlanıldı

Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Böyük Şor gölündə yaranmış fəsadların aradan qaldırılması üçün təmizləmə işlərinə başlayıb.  Nazirlikdən verilən məlumata görə, hazırda göldəki çirkab qatının təmizlənməsi prosesi aparılır. Əraziyə FHN-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Hazırda göldəki tullantılar çıxarılır və ərazidən daşınır. Qeyd edək ki, bir neçə gün əvvəl Bakını kəskin qoxu bürümüşdü. Bununla bağlı açıqlama yayan Ekologiya və Təbii Sərvətlər Nazirliyi kəskin qoxunun səbəbinin Böyük Şor gölündən qaynaqlandığını qeyd etmişdi.

ardını oxu...

SMS icazə sutkada 2-3 dəfə verilə bilər…

 Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərara görə, iyulun 5-dən 20-dək Azərbaycanın bir sıra bölgələrində sərtləşdirilmiş karantin rejimi elan edilib. Həmin dövr ərzində vətəndaşlar tibbi və ərzaq zərurətini ödəmək, eyni zamanda bank və poçtla bağlı məsələlər üçün 2 saatlıq SMS icazədən istifadə edə bilərlər. Son günlər havaların istiləşməsi səbəbindən səhhətində problemi olanlar, yaşı 60-dan yuxarı insanlar 2 saat açıq havada dayana bilmirlər. Bəzən vətəndaş 2 saatlıq icazə alıb onun yarım saatından istifadə edir. Həmin gün digər vacib iş çıxdıqda isə bir sıra problemlər yaşayırlar. Odur ki, vətəndaşlar 2 saatlıq SMS…

ardını oxu...

“Hansısa işsiz özünə sayt yaradaraq guya jurnalistika ilə məşğul olursa dövlət niyə ona vəsait ayırmalıdır?”

“Azərbaycan haqqında beynəlxalq aləmdə yayılan yalançı informasiyaların qarşısını ala bilən saytlara dövlət dəstəyi verilməlidir” Milli Mətbuatın 145 illik yubileyi yaxınlaşdıqca, dövlət-media münasibətləri, mətbuata dövlət dəstəyi, jurnalistlərə mənzil verilməsi kimi məsələlər ətrafında müzakirələr aktuallaşır. Bu il həm də Prezident Administrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbə müdiri, prezidentin köməkçisi Əli Həsənovun və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərlinin vəzifədən azad edilməsi hökumətin mətbuatla münasibətlərə yenidən baxması kimi şərh olunur. Belə fikirlər var ki, indiyədək Azərbaycanda mətbuatın inkişafını əngəlləyən bu şəxslər idi və artıq hər şey…

ardını oxu...