Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təqdimat mərasimində iştirak ediblər

İyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təqdimat mərasimində iştirak ediblər. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına və birinci xanıma məlumat verdi ki, dövlət tərəfindən bu binada şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 62 mənzil verilib. Bu mənzillərin 42-si Qarabağ müharibəsi əlilləri, 20-si isə şəhid ailələri üçün nəzərdə tutulub. Prezident İlham Əliyev və birinci…

ardını oxu...

Bir gündə 13 milyard dollar qazandı – MARAQLI

İnternet vasitəsi ilə həyata keçirilən alış-verişlər hər gün artmağa davam edərkən elektron ticarət nəhəngi “Amazon”un hissələri dünən 7,9 faiz yüksəlib.  Beləliklə firmanın qurucusu Ceff Bezosun sərvəti sadəcə 1 gündə 13 milyard dollar artaraq 189,3 milyard dollara çatıb.   Moderator.az xəbər verir ki, şirkətin 56 yaşlı qurucusu buna paralel olaraq son 7 ay 3 həftədə sərvətində 74 milyard dollarlıq artım olduğunu söyləyib.

ardını oxu...