Prezident 3 sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Həsən Seyidbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Axar.az sərəncamın mətnini təqdim edir: 1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq artisti Həsən Seyidbəylinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. *** Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Zaqatala rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:…

ardını oxu...

“Qara qızıl”ın qara günləri:DÜNYANIN BİR ÇOX YATAĞINDA NEFT HASİLATI ARTIQ SƏMƏRƏSİZ OLACAQ

Olqa Solovyova “Nezavisimaya qazeta”, 17.06.2020 Böhrandan sonrakı dövrdə bir çox yataqda neft hasilatı səmərəsiz olacaq. “Bloomberg” yazır ki, milyardlarla dollar ehtiyatı olan yataqlar heç vaxt işlənməyəcək. Rusiyada çətin hasil olunan neftin payı 65%-dən çoxdur və onun istehsal dəyəri “yüngül neft” istehsalından iki qat bahadır. “Bloomberg” yazır ki, mövcud böhran iqtisadiyyatı məhv edir və tələbi azaldır. Nəticədə, milyardlarla dollarlıq xammal heç vaxt yerdən üzə çıxarılmayacaq. Nümunə olaraq, Folkland Adaları bölgəsindəki mədənlərə istinad edilir. Ehtiyatların kəşfindən 10 il sonra onun həcmi 1,7 milyard bareldir. Gəlirsiz hasilat problemi qlobal miqyasda daha təmiz enerjiyə…

ardını oxu...

“Kupça” ilə bağlı yenilik

Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın məzmunu təsdiq edilib. Bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini, rəis vəzifəsini icra edən Nigar Alimova deyib. “Prezident İlham Əliyevin 18 avqust 2020-ci il tarixli fərmanı ilə elektron çıxarışın məzmunu təsdiq edilib. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanuna edilən dəyişikliyə əsasən, 2019-cu ildən etibarən çıxarışlar kağız formada deyil, ərizəçilərə elektron formada təqdim olunur”, – deyə o bildirib. N. Alimovanın sözlərinə görə, hüquq sahibi hüquq müəyyənedici sənədlərlə birlikdə daşınmaz əmlakın dövlət reyestrin ərazi idarələrinə müraciət edir və…

ardını oxu...

Hikmət Hacıyev həm xalq, həm də dövlət üçün lazımlı şəxsdir – JURNALİST RƏYLƏRİ

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bütün önəmli məsələlərdə, o cümlədən pandemiya ilə bağlı Operativ Qərargahın brifinqlərində ölkə əhalisni maraqlandıran çıxışları ilə seçilir. Xarici siyasətlə bağlı da Hacıyevin dolğun açıqlamarının, xarici ölkə mediasında müsahibələrinin şahidi oluruq. Görünür elə buna görədir ki, onun fikirlərinə daha çox etimad edilir. Modern.az-a danışan tanınmış jurnalistlər Hikmət Hacıyevin Azərbaycan cəmiyyətində həm rəsmi, həm də  ictimai şəxs kimi əhəmiyyətli biri olduğunu qeyd ediblər. “525-ci qəzet” in baş redaktoru Rəşad Məcid xatırladıb ki, Hikmət Hacıyevi mətbuat yaxşı tanıyır:  …

ardını oxu...

Bakıda parklanmanın təşkili üzrə Baş Plan hazırlanır – FOTO

Bakı şəhərində parklanma yerlərinin təşkili və idarə olunmasına dair layihə həyata keçirilir. Layihənin icrasının müzakirəsi məqsədilə Bakı Nəqliyyat Agentliyində keçirilən görüşdə “Alpina Parking Consulting” MMC-nin hazırladığı yol xəritəsinin təqdimatı olub. Bildirilib ki, 4 mərhələdən ibarət yol xəritəsinə uyğun olaraq Bakı şəhərində ümumi parklanma vəziyyəti araşdırılaraq müvafiq məlumatlar toplanacaq və təhlil olunacaq. Yekun olaraq Bakı şəhərində parklanmanın təşkili üzrə Baş Plan hazırlanacaq. Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, demoqrafik, sosial-iqtisadi, texnoloji, ətraf mühit amillərinin nəzərə alınacağı Baş Plana uyğun olaraq şəhər ərazisi zonalara bölünəcək və hər zonaya fərdi yanaşma tətbiq…

ardını oxu...

Mikayıl Cabbarov iranlı həmkarı ilə görüşüb – FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov ilə İran İslam Respublikasının İqtisadi İşlər və Maliyyə naziri Fərhad Dejpəsənd arasında videokonfrans formatında görüş keçirilib. Nazirlikdən Milli.Az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin mövcud durumu, əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı müzakirələr aparılıb.

ardını oxu...

Misirin yeni paytaxtında hökumət binalarının tikintisi başa çatır

Misirin yeni inzibati paytaxtında hökumət binalarının tikintisinin 95 faizi başa çatdırılıb. İNSAATCİ.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında layihənin sözçüsü Xalid əl-Hüseyni bildirib. Yeni inzibati paytaxtda dövlət orqanları və hökumət strukturlarının, o cümlədən 31 nazirliyin, parlamentin binalarına elektrik, su və qaz xətləri çəkilib, onlar kommunikasiya texnologiyaları şəbəkəsi ilə təmin edilib. Əl-Hüseyni deyib ki, gələn ilin yanvarında binalarda bir daha yoxlamalar aparılacaq və 2021-ci ilin ortalarında bütün nazirliklər yeni inzibati paytaxta köçürüləcək. O əlavə edib ki, Afrika qitəsində ən hündür bina olacaq (387 metr) qüllədə isə tikinti işlərinin 30…

ardını oxu...

Şəhid ailələri və müharibə əlilləri üçün 800 ev tikilir

 Prezident İlham Əliyevin tapşırığına əsasən bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə rekord sayda olmaqla ən azı 1500 mənzil və fərdi evin verilməsi işləri aparılır. Nazirlikdən Modern.az-a bildirilib ki, cari ilin ötən dövründə artıq 554 mənzil qeyd edilən kateqoriyalardan olan vətəndaşlara təqdim edilib. İlin sonuna qədər yeni yaşayış binalarından alınmaqla daha 200-dən çox mənzilin və  800 fərdi yaşayış evinin şəhid ailələrinə və müharibə əlillərinə verilməsi nəzərdə tutulub. Hazırda həmin fərdi evlərin inşası işləri aparılır. Onlardan bir hissəsinin tikintisi artıq yekunlaşmaq üzrədir, yaxın bir ay…

ardını oxu...