ABŞ bankı:”Neft tələbatının bərpası ən azı 3 il çəkəcək”

Qlobal neft tələbatının bərpası ən azı 3 il çəkəcək. Bu proqnozla “Bank of America Merrill Lynch” beynəlxalq investisiya bankı çıxış edib. Banka görə, koronavirusa qarşı peyvənd tapılsa belə, neft tələbatının bərpa olunması üçün ən azı 3 il vaxt lazımdır. Qeyd edək ki, son 2 ayda 42-45 dollar aralığında satılan “Brent” markalı neftin bir barreli 40 dollardan aşağı düşüb. Beləliklə də, “Brent”in qiyməti ötən gün 2 ayda ən böyük gündəlik itkisi ilə üzləşib(azərtac).

ardını oxu...

MİDA:”Sentyabrın 14-də güzəştli mənzillərin növbəti seçimi başlayacaq”

Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 27,2 saylı binası üzrə 96,3 saylı binası üzrə 242 və 4 saylı binası üzrə 137 mənzilin, ümumilikdə 502 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı prosesi və mənzillərin seçimi başa çatdırılıb. Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) Strateq.az-a verilən məlumata görə, satışa çıxarılan 502 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə həyata keçirilib. “Güzəştli mənzil” sistemində elektron kabinet əldə edən şəxslərin sayı 15 453 nəfərdir. “Bugünkü satış zamanı 502 mənzilin seçimində iştirak edənlərin…

ardını oxu...

Prezident İlham Əliyev Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, bu yerüstü piyada keçidi tikilərkən ətrafdakı yaşayış massivi, məktəbin mövcudluğu, insanların daha çox yolun bu hissəsindən istifadəsi və digər amillər nəzərə alınıb. Keçid Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində inşa edilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov keçidin texniki-iqtisadi göstəriciləri barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, keçidin ümumi uzunluğu panduslarla birlikdə 180 metrdir. Üç dayaq üzərində torşəkilli…

ardını oxu...

Bəhrəmtəpə-Biləsuvar avtomobil yolu yenidən qurulub

Ölkə daxilində avtomobil yollarının yüksək keyfiyyətlə qurulması əsas hədəflərdən biridir. Çünki keyfiyyətli yollar bölgədə təkcə turizm üçün deyil eyni zamanda kənd təsərrüfatı və digər sahələrin inkişafı üçün də təkan verir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, yenidən qurulmasının bu il yekunlaşması nəzərdə tutulan yollardan daha biri, respublika əhəmiyyətli Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun təmiri artıq yekunlaşıb. Dövlət başçısının fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən keçdiyi bölgədə xüsusi əhəmiyyətə malik Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun bərpası layihəsi uğurla sona…

ardını oxu...

Yaxın vaxtlarda 2021-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılacaq (FOTO)

Yaxın vaxtlarda 2021-ci ilin dövlət büdcəsi layihəsi müzakirə üçün Milli Məclisə daxil olacaq. Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin bu gün keçirilən iclasında deyib. T.Mirkişili bildirib ki, Maliyyə Nazirliyi tərəfindən Azərbaycanın 2021-ci ilin dövlət büdcəsinin ilkin göstəriciləri açıqlanıb: “2021-ci ildə 2,8-3,4 faiz iqtisadi artım proqnozlaşdırılır. Bu büdcə ilk dəfə orta müddətli xərclər əsasında hazırlanıb”.

ardını oxu...

İqtisadi Şura toplandı: 6 aydan bir Prezidentə məruzə ediləcək

Bu gün Azərbaycan Respublikasının Baş Naziri Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranını ilk iclası keçirilib. Nazirlər Kabinetindən Modern.az-a verilən məlumata görə, iclasda Şuranın üzvləri – Azərbaycan Respublikası Prezidentinin köməkçiləri Şahmar Mövsümov və Natiq Əmirov, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçiləri Emin Hüseynov və Xalid Əhədov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Dövlət Neft Fondunun İcraçı direktoru İsrafil Məmmədov iştirak ediblər. Baş Nazir Əli Əsədov Prezident İlham Əliyevə İqtisadi Şura üzvləri…

ardını oxu...