Prezidentin köməkçisi ön cəbhədə – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev ön xətdə yerləşən bir sıra hərbi hissələrdə olublar. Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib. Düşmənlə üzbəüz yüksək dağlıq şəraitdə döyüş növbətçiliyi aparan şəxsi heyətin xidməti ilə maraqlanan H.Hacıyev komanda-müşahidə məntəqəsindən düşmən mövqelərini müşahidə edib. Sonra Horadiz şəhərində…

ardını oxu...

Hikmət Hacıyev: Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşma müharibə cinayətidir

Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti aparan Ermənistan son günlər xüsusilə Livandan olan ermənilərin bu torpaqlara köçürülməsi siyasətini həyata keçirir. Dünən sosial şəbəkələrdə Livandan olan ailənin Azərbaycan xalqı üçün böyük tarixi və mənəvi əhəmiyyətə malik Şuşa şəhərində yerləşdirilməsi barədə məlumatlar yayılıb. Azərbaycan da daxil olmaqla dünya ölkələri Livanda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması, Livana humanitar yardım göstərilməsi ilə məşğul olarkən Ermənistan bu faciədən, insanların iztirablarından özünün çirkin məqsədləri naminə sui-istifadə edir. Bununla da Ermənistan onun üçün heç bir mənəvi dəyərlərin olmadığını nümayiş etdirir. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası…

ardını oxu...

Çinlə Azərbaycan arasında daha bir dəmiryol marşrutu açılıb

Sentyabrın 10-da Çinin şərqindəki Çjetszyan əyalətinin Tszinhua şəhərindən ixrac məhsulları daşıyan 100 konteynerdən ibarət yük qatarı Bakıya yola düşüb. Trend-in məlumatına görə, bu, Çin-Avropa dəmiryol yükdaşımaları çərçivəsində sayca 12-ci marşrutun açılmasını ifadə edir. Qeyd olunur ki, əsasən dəmir məmulatlar və gündəlik məişət məhsulları ilə yüklənmiş qatar yeni marşrutla Sintszyan-Uyğur muxtar rayonunda Horqos sərhəd-keçid məntəqəsindən sərhədi keçəcək, Qazaxıstanın Xəzər dənizindəki Aktau limanına, buradan bərə ilə Bakının Ələt limanına, daha sonra Heybət stansiyasına çatacaq. Multimodal marşrutla daşıma müddətinin 15-18 gün çəkəcəyi gözlənilir ki, bu da əvvəlki marşrutlardan təxminən 30 faiz daha sürətlidir.…

ardını oxu...

Türkiyədən Azərbaycana sement idxalı azalıb

2020-ci ilin yanvar-avqust aylarında Türkiyədən Azərbaycana sement ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 11,83 faiz azalaraq 22,367 milyon dollar təşkil edib. Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər. Avqust ayında Türkiyə Azərbaycana 2,969 milyon dollar məbləğində sement ixrac edib ki, bu da ötən ilin iyunu ilə müqayisədə 28,74 faiz azdır. 2020-ci ilin yanvar-avqust aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz artaraq 2,388 milyard dollara bərabər olub. Hesabat dövründə Türkiyənin sement ixracı ümumi ixracın 2,3 faizini təşkil edib. Son 12 ay ərzində (avqust…

ardını oxu...

Nazirlər Kabineti karantin rejimi ilə bağlı yeni qərarı açıqladı

Sentyabrın 12-də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ölkədə tətbiq edilən karantin rejiminin qaydalarına dair Qərarı imzalanıb. Trend-in məlumatına görə, Qərara əsasən 2020-ci il 14 sentyabr saat 06:00-dan etibarən: – Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilir; – Sentyabrın 30-dək digər ictimai nəqliyytat növləri kimi şənbə və bazar günləri Metropolitenin sərnişindaşıma fəaliyyətinə fasilə verilir; – Çimərliklərdə ictimai-iaşə obyektlərinin fəaliyyətinə icazə verilir. Sentyabrın 30-dək ölkə üzrə xüsusi karantin rejimi tətbiq edilmiş ərazidə aşağıdakı sahələrdə tətbiq olunan məhdudiyyətlər saxlanılır: – yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxış; – ölkənin şəhər…

ardını oxu...