Prezident Əmircanda məktəb açılışında – Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində Milli Qəhrəman Albert Aqarunovun adını daşıyan 154 nömrəli məktəbin yeni binasının açılışında iştirak edib. İNSAATCİ.AZ  xəbər verir ki, dövlətimizin başçısı Milli Qəhrəman, cəsur tankçı Albert Aqarunovun məktəbin həyətindəki büstünün önünə gül dəstəsi qoyub. Məktəbdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə bu təhsil ocağı haqqında məlumat verildi. Bildirildi ki, məktəbin əvvəlki binası 1936-cı ildə inşa edilmişdi. Məktəbin 460 şagird yerlik binasında 22 sinif otağı var idi. Məktəbin binası yararsız vəziyyətdə olduğundan sökülərək yerində 58 sinif otağından ibarət 960 şagird yerlik müasir…

ardını oxu...

İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev Quba rayonunun Susay–Xınalıq avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzlaayıb. Axar.az sərəncamın mətnini təqdim edir: 1. Səkkiz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Susay–Xınalıq avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 20,1 milyon (iyirmi milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan…

ardını oxu...

Prezident Peşə Təhsil Mərkəzinin açılışında – Foto

“Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. INSAATCI.AZ  xəbər verir ki, dövlətimizin başçısı mərkəzdə yaradılan şəraitlə tanış oldu. İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov Prezident İlham Əliyevə Təhsil Mərkəzi barədə məlumat verdilər. Bildirildi ki, Peşə Təhsil Mərkəzinin binası 500 tələbənin təhsil alması üçün nəzərdə tutulub. Mərkəzin binası 6 korpusdan ibarətdir. Korpuslarda 23 tədris otağı, 13 laboratoriya, 154 nəfərlik akt zalı, 184 nəfərlik yeməkxana, kitabxana, kompüter otağı, idman zalı və…

ardını oxu...

Hövsanda yeni yaşayış kompleksi tikiləcək

Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus “MİDA” MMC Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsinin qərbində 18,8 hektar ərazidə inşa olunacaq yaşayış kompleksinin layihəsinin hazırlanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Modern.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Baş Layihə İnstitutudur (“Azərdövlətlayihə”). Qalib şirkətə 637,6 min manat ödəniləcək.

ardını oxu...