“Bir sual, bir cavab” – Tikintilərdəki ölümlərə görə kim məsuliyyət daşıyır?

Lent.az -ın “Bir sual, bir cavab” rubrikasında bu günə olan mövzu tikinti zamanı baş verən fəhlə ölümləri ilə əlaqədardır. Belə ölüm faktlarına mediada vaxtaşırı rast gəlirik. Çox vaxt fəhlələr hündürlükdən yıxılaraq, yaxud alətlər və ağırtonnajlı maşınlarla iş zamanı həyatını itirir. Görəsən, onların ölümünə görə kimlərə hansı cəza verilir? Rubrikamızın sualına hüquqşünas Şamil Paşayev cavab verib. Onun sözlərinə görə, ekspertizanın rəyindən asılı olaraq, təqsirli bilinən şəxs 3 ildən 7 ilədək, yaxud 5 il azadlıqdan məhrumetmə ilə cəzalandırılır: “Tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın, eləcə…

ardını oxu...

Samir Nuriyev sədr seçildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət idarəçiliyində həyata keçirdiyi genişmiqyaslı islahatlara, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında aparılan dəyişikliklərə uyğun olaraq, 2020-ci ildə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi yenilənib. Sentyabrın 15-də  Azərbaycan  Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni tərkibdə ilk iclası videoformatda keçirilib. İclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Komissiyanın sədri seçilib. Komissiyanın sədri Samir Nuriyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində müəyyən etdiyi hədəflərə çatmaq üçün Komissiyanın üzərinə düşən əsas vəzifələri iclas iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, hərtərəfli və innovativ xarakter daşıyır. Əsası…

ardını oxu...