RUSLAR “LAÇIN DƏHLİZİ”nin QARŞISINDA NİYƏ YERLƏŞİBLƏRMİŞ? –Kreml “sülhməramlı” gətirmək niyyətindən əl çəkimir – TƏHLİL

 Professor Kürşad Zorlu “Habertürk”, Türkiyə, 30 oktyabr 2020-ci il Atəşkəs anlaşmalarına baxmayraq, Qarabağda döyüşlər davam edir. Ermənistan Azərbaycanın şəhərlərini, yaşayış yerlərini hədəfə aldığı halda, Azərbaycan döyüşlərin və irəliləyişin yalnız Qarabağ torpaqları ilə məhdudlaşacağını ifadə edir. Ermənistan döyüş meydanından kənarda mülki əhaliyə hücumları şüurlu şəkildə davam etdirir. Vəzifəli şəxsləri bunları panika yaratmaq və maraqlı olan digər ölkələri prosesə cəlb etmək üçün etdiklərini gizlətmirlər. Bu səbəblə, atəşkəsin qalıcı hala gəlməsi və ya problemin masaya daşınması, demək olar ki, imkansız görünür. Doğrusu, Ermənistan işğal etdiyi 5 rayonu indidən itirmiş durumdadır. Füzuli, Cəbrayıl, Zəngilan…

ardını oxu...

Ali Baş Komandan: “Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib”

Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib. İNSAATCİ.AZ xəbər verir ki, Müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib. Dövlətimizin başçısı operativ müşavirədə çıxış edib. Prezident İlham Əliyevin çıxışı -Bir aya yaxındır ki, müharibə gedir. Bu müddət ərzində ölkəmiz döyüş meydanında böyük uğurlar əldə edib. Hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Gün ərzində müntəzəm olaraq mənə döyüş bölgələrində aparılan…

ardını oxu...

ƏSİL VƏTƏNDAŞ VƏ ŞƏXSİYYƏT NÜMUNƏSİ…

Tikdiyi hər bina, hər tikili ömrünün nişanəsi olan tanınmış inşaat mühəndisi Rauf Məmmədzadənin 70 illik yubileyinə    Çalışdığı sahədə özünü təsdiq edən, işlədiyi müəssisədə rəhbərliyin etimadını doğruldan, kollektivdə nüfuz qazanan, sevilən hər kəs öz yerində olan kadrdır, mütəxəssisdir. Və belə insanlar hər zaman, bütün məqamlarda öz vətəndaş mövqeləri ilə də fərqlənirlər. Həyatda vətəndaş mövqeyi ilə seçilən insanlar arasında bütün həyatını tikinti quruculuğa həsr eləmiş, keçmiş “Azərkəndtikinti” ASC-nin sədr müavini Rauf İbadulla oğlu Məmmədzadənin də xüsusi yeri vardır. Onunla tanışlığımın tarixçəsi ötən əsrin 90-cı illərinə təsadüf edir. Məni bir çox üstün…

ardını oxu...

“İşğal edilmiş bütün əraziləri azad etmək üçün sona qədər gedəcəyik” – “Figaro” qəzetinə MÜSAHİBƏ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib. İNSAATCİ.AZ müsahibəni təqdim edir. – Cənab Prezident, birinci sualım belədir, nəyə görə Siz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hücuma keçmisiniz və bu hərbi hücumun siyasi məqsədləri nədir? – Biz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hərbi hücuma keçməmişik, Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir. Bu hərbi hücumun ilk saatlarında bizim mülki şəxslər və hərbi qulluqçularımız arasında qurbanlarımız olmuşdur. Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi. Onlar birinci dəfə bizə Qarabağ bölgəsindən uzaqda olan Ermənistan-Azərbaycan dövlət sərhədində…

ardını oxu...

PUTİN QARABAĞLA BAĞLI TÜRKİYƏ və ABŞ-a ÇAĞIRIŞ ETDİ: “Çox ümid edirəm ki, amerikalı tərəfdaşlarımız bizimlə birgə hərəkət edəcək”

 “Bizim Ermənistan və Azərbaycanla həmişə xüsusi münasibətlərimiz olub”. İNSAATCİ.AZ Strateq.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin bu gün “Valday” müzakirə klubunun onlayn iclasında deyib. O bildirib ki, Rusiya üçün Ermənistan da, Azərbaycan da eyni səviyyəli tərəfdaşdır: “Bizim üçün orada insanların həlak olması faciədir. Təbii ki, Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz…” “Biz hər iki ölkə ilə tam həcmli münasibətlər qurmaq istəyirik”, – deyən Rusiya lideri bildirib ki, Qarabağdakı məsələnin həllində Rusiyadan daha çox maraqlı olan tərəf yoxdur: “Ümid edirəm ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək”. Rusiya prezidentinin…

ardını oxu...

PREZİDENTDƏN YAPON QƏZETİNƏ SENSASİON AÇIQLAMALAR: “Dağlıq Qarabağda heç bir referendum olmayacaq”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib. İNSAATCİ.AZ  həmin müsahibəni təqdim edir: – Dağlıq Qarabağ münaqişəsi haqqında soruşmaq istəyirəm. Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri cümə günü Vaşinqtona səfər edəcəklər. Bu görüşdən nə gözləyirsiniz? Siz üçtərəfli formatda bəzi şərtlərlə danışıqlara hazırsınızmı? – Bilirsiniz ki, əslində, Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa Ermənistan və Azərbaycan arasında olan münaqişənin həll yolunu tapmaq üçün mandatı olan Minsk qrupunun üç həmsədr ölkələridir. Ona görə bizim nazirlərimizin bu üç paytaxtda görüşməsi təbiidir. Bu cür görüşlər əvvəllər dəfələrlə olmuşdur. Bilirsiniz ki, Moskvaya…

ardını oxu...

Ərdoğan Ruhani ilə Qarabağdakı son vəziyyəti MÜZAKİRƏ ETDİ

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İran prezidenti Həsən Ruhani ilə telefonda danışıb.   İNSAATCİ.AZ Modern.az-a istinadən xəbər verir ki, tərəflər iki ölkə arasındakı münasibətləri, Qarabağda Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatlarını və s. müzakirə edib. Türkiyə lideri Azərbaycanın haqq işinə dəstək verdiklərini, işğalçı Ermənistanın isə dinc sakinləri atəşə tutduğunu xatırladıb.

ardını oxu...

Prezidentdən ŞAD XƏBƏR: Zəngilanın 13 kəndi və 1 qəsəbəsi də azad edildi

Müzəffər Azərbaycan Ordusu Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! İNSAATCİ.AZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.

ardını oxu...

Ağbənd azad edildi, İranla sərhəd təmin olundu

 Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi təmin olunub. İNSAATCİ.AZ  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev rəsmi tvitter hesabı vasitəsilə açıqlayıb. “Bu münasibətlə Azərbaycan və İran xalqını təbrik edirəm. Eşq olsun müzəffər Azərbaycan Ordusuna!”, deyə dövlət başçısı bildirib.

ardını oxu...

Ordumuz Füzuli və Cəbrayılın bu kəndlərini də işğaldan AZAD ETDİ

“Müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” İNSAATCİ.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Twitter” hesabında yazıb.

ardını oxu...