Prezident İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və biz haqq yolundayıq

Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar əsgərdir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində danışıb. Dövlətimizin başçısı deyib: “Bu gün cəbrayıllılar, əlbəttə ki, sevinc içindədirlər, necə ki, bütün Azərbaycan xalqı. Dünən bizim qədim yaşayış yerimiz – Suqovuşan qəsəbəmiz işğaldan azad edildi. Bütün Azərbaycan xalqı bu tarixi hadisəni qeyd edirdi, bir-birini təbrik edirdi, göz yaşlarını saxlaya bilmirdi. Bu, sevinc göz yaşlarıdır. 1990-cı…

ardını oxu...

Türkiyədən İrəvana XƏBƏRDARLIQ: PKK-YPG terrorçuları Qarabağı tərk etməlidir

“Məsum dinc əhalini hədəfə alan erməni terrorçuları ilə əməkdaşlıq edən PKK-YPG terrorçuları bölgəni dərhal tərk etməlidirlər. İNSAATCİ.AZ “Anadolu” Agentliyinə istinadla xəbər verir ki, bu xəbərdarlığı Türkiyə Milli Müdafiə Nazirliyi edib. “Uşaq, qadın, yaşlı demədən Xocalıda qətliam törədən Ermənistan 30 il öncə necə idisə, bu gün də bölgədə sülh və sabitliyin yaradılmasına əngəl olur”, – açıqlama qeyd edilib.

ardını oxu...

Bütün şəhərləri bərpa edəcəyik – Prezident

Biz bütün şəhərləri bərpa edəcəyik. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib. “Bu bölgələrə həyat qayıdacaq. Biz ermənilər tərəfindən bizim tarixi adlarımızı dəyişdirib tarixi saxtalaşdırmaq, eyni zamanda, Azərbaycan xalqının tarixi-mədəni irsini silmək cəhdlərinə son qoyduq. Bizim yaşayış məntəqələrinin tarixi adları bərpa edilir və bərpa ediləcəkdir”, – Azərbaycan Prezidenti vurğulayıb.  

ardını oxu...

Azərbaycan əsgəri onları iti qovan kimi qovur – Prezident

Hesab edirdilər ki, biz bununla barışacağıq. Ancaq biz göstərdik kim kimdir. Azərbaycan əsgəri onları iti qovan kimi qovur. İşğal edilmiş torpaqlarda Azərbaycan bayraqları qaldırılır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib. “Onların səngərlərində Azərbaycan əsgəri dayanır, onların postları bizim əlimizdədir. Onların tanklarını biz sürürük, onların digər silahlı texnikası bizim əlimizdədir”, – Prezident bildirib.

ardını oxu...