Ərdoğan Azərbaycana dəstək vermələri üçün dünya dövlətlərinə müraciət etdi

“Beynəlxalq ictimaiyyət Qarabağın ermənilər tərəfindən işğal edilməsinə, təəssüf ki, səssiz qalmışdı. Qarabağda baş verənlər sadəcə işğal deyil, həm də qətliam idi”. Bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. “ATƏT-in Minsk qrupu problemi nizamlamaq əvəzinə yerinə onu həlsizliyə aparıb. Minsk qrupu bu problemi gözardı etdiyi üçün bu vəziyyət yaranıb. Ermənistan yenidən Azərbaycan ərazisinə hücum etdikdən sonra gözləmədiyi reaksiya ilə qarşılaşdı. Hazırda Qarabağda bir çox yerlər işğaldan azad olunub. Türkiyə olaraq bütün qəlbimizlə Azərbaycanın yanındayıq. Azərbaycanın mübarizəsinə dəstək vermək bütün qürurlu dövlətlərin borcudur. Dünya quldur dövlətlərdən xilas edilməsə, bəşəriyyətin davamlı sülh…

ardını oxu...

İlham Əliyev: Sona qədər irəli gedəcəyik

Gəncəyə hücum Ermənistanın terrorçu ölkə olmasını bir daha göstərir. Yəni, bu, Cenevrə Konvensiyasına daban-dabana zidd olan bir hərəkətdir. Yəni mülki əhalini, şəhərləri vurmaq qəbuledilməzdir. Gəncə şəhəri döyüş bölgəsi deyil. Gəncə şəhərinin içərisində hər hansı bir top, tank yoxdur. Niyə bunu vurursan? Yəni, nifrətə görə. Azərbaycana, Türkiyəyə qarşı nifrət onların qanındadır. Prezident İlham Əliyev bu fikirləri “TRT Haber” telekanalına müsahibəsində səsləndirib. “Bilirsiniz, Tərtər şəhərini demək olar ki, dağıdıblar. Tərtər şəhərində bizim vətəndaşlar kişi kimi, mərd-mərdanə durublar. Deyiblər ki, öldü var, döndü yoxdur, torpağımızdan heç yerə getməyəcəyik. Nə qədər mərmi düşüb? Gün…

ardını oxu...