Suqovuşandan üç rayonun su təminatına başlanıldı

Sentyabrın 27-dən başlayan əks hücum nəticəsində Azərbaycan ordusu tərəfindən Suqovuşan kəndi azad olunduqdan sonra Suqovuşan su anbarından suyun buraxılmasına nail olunub. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-dən verilən məlumata görə, hazırda su anbarından buraxılan suların nizamlanması nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi, eyni zamanda ekoloji tarazlıq təmin olunub. Uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi ilə gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tarazlığın bərpa edilməsinə təminat yaranmışdır. Bu ərazilərə öz axımı ilə suyun verilməsi…

ardını oxu...

Ərdoğandan növbəti Qarabağ AÇIQLAMASI

Ermənistanın Dağlıq Qarabağ münaqişəsinə qeyri-adekvat münasibəti səbəbindən 30 ildir davam edən bu məsələnin yeganə həlli işğala son qoymaqdır. İşğalın qanuniləşdirilməsi təkliflərinin ərazidə tətbiq olunması şansı yoxdur. Torpaqların azad edilməsi istiqamətində Azərbaycanın son dərəcə qətiyyətli olduğunu görürük. Türkiyə olaraq bütün qəlbimizlə torpaqlarını geri almaq üçün apardığı bu haqlı mübarizəsində Azərbaycanı dəstəkləyirik. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Afrika İqtisadi və İş Forumunun açılış mərasimində çıxışı zamanı bildirib. Ermənistanın Azərbaycana qarşı hücumları səbəbindən Dağlıq Qarabağ bölgəsində toqquşmaların davam etdiyini deyən Türkiyə Prezidenti bildirib: “Dağlıq Qarabağ Ermənistanın 30 ilə yaxındır işğal etdiyi…

ardını oxu...

“İnşaat-İş” Həmkarlar İttifaqı fəaliyyətini günün tələbləri səviyyəsində qurur

 Dünyada və respublikamızda Covid-19 pandemiyası  ilə əlaqədar olaraq tətbiq  olunan  qaydalara uyğun  olaraq  məhdudiyyətlər olmasına baxmayaraq “İnşaat-İş” Həmkarlar  İttifaqının kollektivi öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur. 2020-ci ilin 16 sentyabr tarixində Beynəlxalq Həmkarlar İttifaqının (BWI) “Tikintidə  təhlükəsizlik məsələləri”nə həsr olunmuş vebseminarında AR ”İnşaat-İş” Həmkarlar İttifaqının  sədri U. Hüseynov və baş texniki əmək müfəttişi Ə. Məmmədov iştirak etmişlər. 18 sentyabr tarixində isə  Beynəlxalq  Həmkarlar İttifaqının dəstəyi  ilə “Dünyada terrorizim  məsələsi” mövzusunda vebseminar keçirilmiş və sədr U.Hüseynov bu məsələyə münasibət  bildirərək, Ermənistanın işğalçı dövlət olaraq Azərbaycanın dinc əhalisinə qarşı təcavüzündən danışmışdır. 22…

ardını oxu...

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ MÜRACİƏT

 Möhtərəm Prezident! Cənab Ali Baş Komandan! Sizin daxili və xarici siyasətinizi daima dəstəkləyən və bəyənən çoxminli inşaatçılar adından Sizə, Milli Ordumuza və xalqımıza uğurlar və qələbə sevinci arzulayırıq. Sizin komandanlığınız altında torpaqlarımızın işğaldan azad ediləcəyi gün uzaqda deyil. Biz, 106000-lik inşaatçı ordusu bu gün ön cəbhədə və arxa cəbhədə döyüşməyə, torpaqlarımız azad edildikdən sonra isə quruculuq işlərində tikib-yaratmağa hazırıq. Uca Tanrı Sizi, ordumuzu və xalqımızı qorusun, AMİN!   Respublika inşaatçıları adından: Azərbaycan Respublikası “İnşaat-İş” Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Umud HÜSEYNOV

ardını oxu...