“RUSİYA NÖVBƏTİ DƏFƏ ERMƏNİSTANI XİLAS ETMƏYƏ GƏLDİ” –Prezident İlham Əliyevin Rusiyanın RBK televiziya kanalına müsahibəsinin TAM MƏTNİ

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibə verib. Oktyabrın 11-də həmin televiziya kanalında dövlətimizin başçısının müsahibəsi yayımlanıb. INSAATCI.AZ həmin müsahibəni oxucularına təqdim edir: -Əvvələn, çox sağ olun ki, bizimlə müsahibəyə razılıq vermisiniz. Söhbətə başlamazdan əvvəl mən RBK-nın prinsipləri barədə danışmaq istərdim. Bir neçə gün bundan əvvəl Ermənistanın baş naziri ilə böyük müsahibə gedib, indi isə burada – Azərbaycanda, Bakıdayıq və Azərbaycan Prezidenti İlham Əliyev ilə söhbət edəcəyik. Daha bir remarka. Mən ilk sualı verməzdən əvvəl hər iki tərəfdən həlak olanların bütün doğmalarına başsağlığı vermək istəyirəm. Müharibənin…

ardını oxu...

Hikmət Hacıyev Gəncədə mətbuat konfransında:”Qarabağda yaşayan mülki insanları humanitar koridorlarla təmin etməyə hazırıq”

“Ermənistan tərəfindən törədilən bu cinayətlər siyasi və hərbi təxribat kimi qiymətləndirilməlidir”. Bunu bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə Baş Prokurorluqla birgə keçirilən mətbuat konfransında deyib. O qeyd edib ki, hərbi təxribatın mahiyyəti aydındır: “Onlar Azərbaycanda mülki əhaliyə xətər yetirmək və yaxud da ölüm hallarını artırmaqla Azərbaycan xalqını qorxutmaq və çəkindirmək məqsədləri güdürlər. Amma buna heç vaxt nail ola bilməyəcəklər. Bu gün Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqı yaşadığı məntəqələrdə, yerlərdə çox sabit durumdadır. Xalqımız dövlətimizin ətrafında səfərbərdir. Siyasi təxribatlar…

ardını oxu...