TÜRKİYƏNİN QAFQAZ FƏALLAĞI DÜNYA GÜCLƏRİNİ HƏRƏKƏTƏ GƏTİRİB –Onlar rəsmi Ankaranı atəşkəs istəməməkdə suçlayırlar

Ərgün Dilər “Takvim”, Türkiyə, 16 oktyabr 2020-ci il Dünyanın harasından baxırsınız baxın, ABŞ-la Çin arasında rəqabətin, mübarizənin getdiyini görəcəksiniz. Pərdə arxasında bunun nə qədər real və tükəndirici olduğunu bilə bilmərik. Çünki dünyanın ABŞ-SSRİ balansını anlaması 50 il çəkdi. Hələ də çox sayda anlamayanlar vardır. Kağız üstündə böyük bir rəqabət davam etməkdədir. Bu, öncəkilərə bənzəməməkdədir. Çünki bu, texnoloji, rəqəmsal inqilabla iç-içə keçən bir dəyişiklikdir. İki böyük müharibənin edə bilmədiyini edəcək olan bir dəyişiklik qapıdadır. Pul da, ölkələr də, enerji də, mədənlər də, nəqliyyat da, dənizlər də, ordular da, kosmos da paylaşılacaqdır. Baş verən…

ardını oxu...

BMT Təhlükəsizlik Şurası Qarabağa görə toplanır

Bazar ertəsi BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qapalı iclas keçirəcək. MilliYol.Az xəbər verir ki, bu barədə “RİA Novosti” Təhlükəsizlik Şurasındakı mənbəyə istinadən məlumat yayıb. Bildirilir ki, iclas Minsk qrupunun həmsədrləri olan Rusiya, Fransa və ABŞ-ın təşəbbüsü ilə keçiriləcək.

ardını oxu...

MN: Ermənistanın növbəti Su-25 təyyarəsi vurulub

Oktyabrın 18-də saat 12.30-da cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin növbəti Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib. İNSAATCİ.AZ-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

ardını oxu...

“Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!” – Mehriban Əliyeva

“Bu günlərdə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin, Vətənə sadiqliyinin şahididir”. INSAATCI.AZ xəbər verir ki, bu barədə Birinci vitse-prezident Mehriban Əliyeva “İnstagram”da paylaşım edib. Paylaşımda deyilir: “Əminəm ki, xalqımızın məhz bu xüsusiyyətləri bizə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoruyub saxlamağa hər zaman kömək edəcəkdir. Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun! Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!”

ardını oxu...

BU GÜN AZƏRBAYCANIN DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜDÜR!

Bu gün Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 29 il keçir. Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını…

ardını oxu...