Prezidentdən işğaldan azad olunan ərazilərlə bağlı SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. İNSAATCİ.AZ  sərəncamın mətnini təqdim edir: 1. 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə aşağıdakı tərkibdə Dövlət Komissiyası (bundan sonra…

ardını oxu...

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Yaponiyanın Azərbaycandakı səfirini qəbul edib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vadanı qəbul edib.  Komitə sədri Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti və son hərbi təxribatları, beynəlxalq humanitar hüquq çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və təcavüzə məruz qalmış öz ərazisində apardığı əks-hücum əməliyyatı barədə səfirə məlumat verib. Vurğulanıb ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrini işğalı regional sülh və təhlükəsizlik üçün real təhdiddir. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, silahlı qüvvələrin Ali baş komandanı cənab İlham Əliyevin rəhbərliyi altında qüdrətli ordumuz tərəfindən beynəlxalq…

ardını oxu...

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmiləri MDB ölkələrinin Tikinti Fəaliyyətində Əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının növbəti iclasında iştirak edib

 2021-ci ildə Azərbaycanda Şuranın 42-ci iclasının, habelə “Memarlıq və şəhərsalma ili” çərçivəsində elmi-praktiki konfransın və memarlıq müsabiqəsinin təşkili planlaşdırılır. 3 noyabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) Tikinti Fəaliyyətində Əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının növbəti 40-cı iclası şuraya hazırda sədrlik edən Özbəkistanın Tikinti Nazirliyi tərəfindən Daşkənd şəhərində videokonfrans formatında təşkil edildi. Azərbaycan Respublikası adından Şura üzvü olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu iclasda Komitənin sədr müavini Dövlətxan Dövlətxanov və digər vəzifəli şəxsləri tərəfindən təmsil olundu. İclasda tikintinin planlaşdırılması və təşkili ilə bağlı norma və qaydaların, habelə şəhər infrastrukturunun təkmilləşdirilməsi, layihələndirmədə müasir…

ardını oxu...

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri “UN-HABITAT” – BMT-nin Məskunlaşma Proqramının direktoruna Ümumdünya Şəhərlər Günündə məktub ünvanlayıb

 İşğalçı Ermənistanın Azərbaycanın dinc şəhərlərinə raket zərbələri endirdiyi, mülki əhalinin öldürüldüyü, tarixi-memarlıq abidələri və şəhər infrastrukturunun dağıdıldığı diqqətə çatdırılıb. “Təəssüflə qeyd etməliyik ki, “Cəmiyyətimizin və şəhərlərimizin qədrini bilək” mövzusuna həsr olunmuş bu ilki Ümumdünya Şəhərlər Günü ölkəmizin bəzi şəhər və yaşayış məntəqələrində insanlıq əleyhinə cinayətlərin törədilməsi, günahsız insanların qətlə yetirilməsi ilə eyni vaxta təsadüf edir. Ermənistanın Azərbaycanın böyük şəhərlərinə intensiv raket hücumları, mülki insanları qətlə yetirmək məqsədilə həyata keçirdiyi dövlət terroru nəinki ayrı-ayrı şəhərlərimizi, həmçinin bütün regionu və bütövlükdə dünyanı böyük təhlükəyə məruz qoyur.”  – Bu fikirlər Dövlət Şəhərsalma və Arxitektura…

ardını oxu...

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı qəsəbələrinin memarlıq simasının qorunması və canlandırılması işində memarları və peşəkar cəmiyyəti fəal iştirak etməyə dəvət edir

Abşeron yarımadasının ərazisi yaşayışın mövcud olduğu ilk zamanlardan əvəzsiz mədəniyyət nümunələri ilə zəngin olmuşdur. Burada yerləşən və uzaq keçmişdən müasir dövrümüzədək gəlib çıxmış dəyərli tarixi-memarlıq abidələri özündə Şərq və Qərb memarlığının nümunələrini birləşdirir, müxtəlif mədəniyyət və sivilizasiyalarının izlərini yaşadır. Son illər ölkəmizin bütün ərazisində olduğu kimi, Bakıda və yerləşdiyi Abşeronda da aparılan nəhəng abadlıq-quruculuq, bərpa və yenidənqurma işləri sayəsində yarımadanın görkəmi daha da gözəlləşir, yeni-yeni möhtəşəm və təkrarsız tikililər inşa olunur. Görülən işlərə təkan vermək, Abşeronun memarlığını qorumaq, milli incəsənət ruhunu yaşatmaq, həmçinin özünəməxsus rəng çalarlarını yenidən canlandıraraq gələcək nəsillərə…

ardını oxu...

MEMARLIĞA HƏSR EDİLƏN ÖMÜR

Təbrik edirik! Süleyman Cabbarov – 55 Bizi 8 il öncə – 2012-ci ildə o zaman Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri vəzifəsində çalışan Cahangir Qocayev tanış elədi və Süleyman Cabbarovun “Arxproyekt” MMC layihə qurumunun rəhbəri kimi bir sıra maraqlı layihələrin müəllifi olduğunu dedi. Az sonra Süleyman müəllimin layihələri ilə tanış oldum, layihə təşkilatının fəaliyyəti barədə qəzetdə ayrı-ayrı vaxtlarda yazılarla çıxış elədim və qəzetlə “Arxproyekt” MMC arasında bir əlaqə – körpü yarandı… 2015-ci ildə isə artıq Süleyman Cabbarov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Azərmemarlayihə” İnstitutunun direktoru təyin olundu və son…

ardını oxu...