“TORPAQLARIMIZI TƏRK ETMƏSƏLƏR, SONA QƏDƏR VURUŞACAĞIQ” –Prezident İlham Əliyev “BBC News”a müsahibə verdi + TAM MƏTN

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibə verib.  İNSAATCİ.AZ müsahibəni təqdim edir: – Prezident Əliyev, “BBC News”da bizimlə söhbət etmək üçün vaxt ayırdığınıza görə Sizə təşəkkür edirəm. Dağlıq Qarabağın və ətraf yeddi rayonun hər bir qarışı uğrunda savaşmaq niyyətindəsiniz? – Bizim mövqeyimiz lap əvvəldən çox aydın idi. Biz hazırıq və hələ də Ermənistan tərəfi işğal olunmuş ərazilərin boşaldılmasına dair üzərinə öhdəlik götürəcəyi təqdirdə istənilən vaxt dayanmağa hazırıq. Mən bunu müharibənin əvvəlindən deyirəm, əgər Ermənistanın baş naziri işğal olunmuş əraziləri boşaldacağına dair ictimaiyyət qarşısında üzərinə öhdəlik götürərsə, biz…

ardını oxu...

İlham Əliyev Cozef Baydeni təbrik etdi

  Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş Prezidenti Cozef Baydenə məktub göndərib. İNSAATCİ.AZ-ın məlumatına görə, təbrik məktubunda deyilir: “Hörmətli cənab Bayden. Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında siyasi, təhlükəsizlik, enerji, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələri qurulmuşdur. Ölkələrimiz beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsi, terrorizmə və transmilli cinayətkarlığa qarşı mübarizədə və NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyası çərçivəsində əməkdaşlıq edirlər. İnanırıq ki, Sizin prezidentliyiniz dövründə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri…

ardını oxu...

6 rayonun 48 kəndi, 1 qəsəbəsi işğaldan azad olundu – SİYAHI

Azərbaycan Ordusu Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər, Xocalının Şuşakənd, Muxtar, Daşaltı, Füzulinin Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Merdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq, Zəngilanın Sobu, Qaragöz, İsgəndərbəyli kəndlərini, Bartaz qəsəbəsini, Bartaz strateji yüksəkliyini (2300 metr), Sığırt yüksəkliyini (1370 metr), Şükürataz yüksəkliyini (2000 metr) və əlavə 5 adsız strateji yüksəkliyi, Cəbrayılın Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər, Qubadlının Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli, kəndlərini işğaldan azad edib. Bu barədə məlumatı Azərbaycan Prezidenti İlham Əliyev Tvitter hesabında paylaşıb.

ardını oxu...

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Azərbaycanda Dövlət Bayrağı Gününün qeyd olunmasına başlanılmasından 11 il keçir. İNSAATCİ.AZ  Trend-ə istinadən bildirir ki, 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur. Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Bayraq eyni ölçüdə olan üç üfüqi rəngli zolaqlardan ibarətdir: yuxarıda mavi, ortada qırmızı, aşağıda yaşıl zolaq. Qırmızı zolağın mərkəzində ağ rəngdə aypara və səkkizguşəli ulduz təsvir olunub. Bayrağın mavi rəngi türkçülüyü, qırmızı müasir cəmiyyəti, demokratiyanı, yaşıl rəng isə islamçılığı tərənnüm edir.…

ardını oxu...