AĞDAM İŞĞALDAN AZAD OLUNDU –Prezident İlham Əliyev xalqa müraciət etdi, Avropa və Ermənistana açıq mesajlar verdi

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. İNSAATCİ.AZ həmin müraciəti təqdim edir: -Əziz həmvətənlər. Mən sizi Ağdam rayonunun işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm. Bütün ağdamlıları ürəkdən təbrik edirəm. Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız. Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Mən dəfələrlə demişdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Biz uzun illər ərzində bu məsələni siyasi yollarla həll etməyə çalışırdıq. Ancaq bütün dünya gördü ki, məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz…

ardını oxu...

44 GÜNLÜK SAVAŞDA DÜŞMƏNİ MƏHV EDİB, DÜNYAYA AZƏRBAYCANIN GÜCÜNÜ GÖSTƏRDİK

Knyaz Hacıyev, Bakıenerjitikinti” ASC-nin sədri, Respublikanın Əməkdar Mühəndisi Bu gün müasir Azərbaycan tarixinin ən şərəfli bir dövrünü yaşayırıq. Xalqımızın bütün vətəndaşlarının sevinci hədsizdir. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə bəyanatla 30 ildən çox davam edən münaqişəyə son qoyuldu, mənfur düşmən sülhə məcbur edildi, 44 günlük  Vətən Müharibəsi tarixi Qələbəmizlə başa çatdı. Döyüş meydanında əldə etdiyimiz bu zəfər igid Vətən oğullarının qanı bahasına qazanıldı. Əslində isə bu zəfərin bünövrəsi 2016-cı ilin Aprel döyüşlərində qoyulmuşdu. Aprel döyüşlərinin qəhrəman əsgər və zabitləri sübut etmişdilər ki, bu müharibədə uğur…

ardını oxu...

ÇOX ŞÜKÜR Kİ, BU QƏLƏBƏ GÜNLƏRİNİ YAŞADIQ

Nazim  Şükürov, “Azəraqrartikinti” ASC-nin “Füzuli İxtisasquraşdırma” filialının rəisi Yaşadığımız bu günlər Azərbaycan tarixinə ən unudulmaz və şanlı səhifələr kimi həkk ediləcəkdir. Sentyabrın 27-dən bəri hamımız bu şanlı tarixin yazılmasının şahidi və iştirakçılarıyıq. Bu möhtəşəm tarixi Ali Baş Komandanın rəhbərliyi ilə xalqımızın qeyrətli və vətənpərvər oğulları yazdılar. Xalqımız neçə illərdən bəri susuz adam suya təşnə olduğu kimi, bu Qələbənin həsrətində idi. Çox şükür ki, bu günləri yaşadıq. Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağda başlanan müharibə bizim də həyatımızı alt-üst etdi. Düşmənin işğalı altına düşən Füzuli rayonu və doğulduğum Kürdlər kəndi erməni…

ardını oxu...