“NAXÇIVAN DƏHLİZİ”nə HANSI TƏHLÜKƏLƏR VAR? –”Turan qapısı” ABŞ və Çinin də diqqətində olacaq – TƏHLİL

Professor Kürşad Zorlu “Habertürk”, Türkiyə, 21 noyabr 2020-ci il Qarabağla bağlı əldə edilən anlaşmanın mətni hələ mürəkkəbi qurumamış, mübahisələrə səbəb olmuşdu. Yekunda 7 rayonun və buna əlavə olaraq Şuşanın qurtarılması ciddi bir nailiyyət olmaqla birlikdə, anlaşmadakı bəzi xüsusların atəşkəslə 5 illik zamana yayılması nəzərdə tutulur. Mətndəki önəmli yerlərdən biri də Azərbaycandan Naxçıvana açılacağı ifadə edilən dəhlizdir. Dünən və srağagün ortaya qoyduğumuz səbəblərə görə, mətni daha detallı oxumaq lazımdır. Eyni zamanda, mümkün nəqliyyat dəhlizinin perspektivi araşdırılarkən ehtiyatlı olmaq və bir sıra şərtləri nəzərə almaq lazımdır. 1. Anlaşmaya görə, Naxçıvana dəhlizin işğaldan azad edilən Azərbaycan…

ardını oxu...

Azərbaycanın Dağlıq Qarabağda qələbəsi İsrailə nə verir? –RƏSMİ BAKI İRANLA DALAŞMAQ NİYYƏTİNDƏ DEYİL

 Eldar Məmmədov “Responsible Statecraft”, 24.11.2020 Ermənistanla Azərbaycan arasında müharibənin başlanğıcında Hudson İnstitutu və Demokratiyanı Müdafiə Fondu (FDD) kimi neokonservativ düşüncə mərkəzlərindən olan bir qrup Vaşinqton “şahin”i ABŞ-ı Azərbaycanı dəstəkləməyə çağırıb. Onlar Ermənistanın – İranın, Azərbaycanın – İsrailin müttəfiqi olduğuna istinad ediblər. Beləliklə, Azərbaycanın qələbəsi İsrail üçün bir qazanc olmalı idi. Bununla belə, Dağlıq Qarabağın taleyi bu neokonservatorları maraqlandırmır. Böyük Yaxın Şərqlə əlaqəli demək olar ki, hər şeydə olduğu kimi, onlar üçün də əsas məsələ İrandır. Bu şəxslərin gözləntilərinə görə, Azərbaycanın qələbəsi iranlı azərbaycanlıları (əhalinin təxminən 25 faizi), guya Ermənistanı dəstəklədiyinə…

ardını oxu...

İlham Əliyev: Şuşaya gedən yol Xocavənd rayonunun bir hissəsindən keçəcək

“Şuşaya yeni yolun çəkilişi artıq başlanmışdır. Sovet vaxtında Şuşaya getmək üçün bir yol var idi – Ağdamdan Xankəndiyə, oradan da Şuşaya. İndi biz Füzuli rayonundan yeni yol çəkirik. Bu yol Xocavənd rayonunun bir hissəsindən keçəcək”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində deyib. “Göstəriş vermişəm ki, bu, tezliklə təmin edilsin. Halbuki bu, böyük işdir, orada yol olmayıb və meşələrin içi ilə yol salınır, dərələr, təpələr, çox ağır relyef var orada. Amma biz bunu edəcəyik”, – deyə Prezident əlavə edib.

ardını oxu...