Bakıda hər kəsin sevimlisi olacaq tikili: Akvaterrarium yaradılır

Bakı Zooloji Parkının ərazisində ilk dəfə böyük bir akvaterrarium yaradılacaq. İNSAATCİ.AZ xəbər verir ki, bu barədə parkın direktoru Azər Hüseynov “Sputnik Azərbaycan”a müsahibəsində deyib: “Hazıda akvaterrariumda işlər gedir. O, Moskvanın Avrasiya Zooparklar və Akvariumlar Assosiasiyasının üzvü olan “Aqua Logo” şirkəti tərəfindən inşa edilir. Məncə, çox gözəl olacaq. Akvaterrariumda timsahlar, kaymanlar, ilanlar, varanlar yaşayacaq. Sonradan fərqli balıq növləri üçün iki böyük akvarium tikilməsi planlaşdırılır”. O qeyd edib ki, bu günə qədər Azərbaycanda bir dənə də olsun böyük akvarium olmayıb: “Dəhliz şəklində xüsusi bir müşahidə bölməsi tikiləcək”. Hüseynovun sözlərinə görə, yeni sakinlər…

ardını oxu...