Moskvada Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətləri rəhbərlərinin görüşü keçirilib

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru ordu generalı Aleksandr Bortnikovun dəvəti ilə Rusiya Federasiyasında rəsmi səfərdə olub. Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən İNSAATCİ.az-a  verilən məlumata görə, səfər çərçivəsində Rusiya FTX-nin direktoru Aleksandr Bortnikovun vasitəçiliyi ilə general-polkovnik Əli Nağıyev və Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan arasında görüş keçirilib. Görüşdə Rusiya Federasiyasının Prezidenti, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan və beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinin…

ardını oxu...

Şuşa rayonunun memarlıq abidələri

Şuşanın ərazisi 0.29 min kv. kilometrdir. İnzibati  rayon kimi 1930-cu ildə yaradılmış Şuşanın ərazisinə bir şəhər, bir qəsəbə və 29 kənd daxildir. Təkcə Qarabağın və Azərbaycanın deyil, bütün Qafqazın gözəl guşələrindən biri Şuşa müdafiə məqsədilə tikilmiş qala-şəhər olmuşdur. Buna görə də təsadüfi deyil ki, bu gün el arasında qədim məkan “Şuşa qalası” kimi də tanınır. 1750-ci ildə Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşir indiki Şuşa şəhərinin yerləşdiyi yerdə – düşmən əlinin çatmayacağı dağ başında böyük qala divarları – istehkam tikdirmək qərarına gəlir. Əvvəllər Qarabağ xanının adına uyğun olaraq “Pənahabad” adlandırılan…

ardını oxu...

İşğaldan azad edilmiş ərazilərdə yerləşən abidələrin qorunması və bərpası ilə bağlı məsələlər müzakirə olunub

İşğaldan azad edilmiş ərazilərdə yerləşən abidələrin qorunması və bərpası ilə bağlı məsələlərin müzakirəsi məqsədilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yanında yaradılan İctimai Şuranın videokonfrans formatında görüşü keçirilib. İNSAATCİ.AZ  Azərtaca istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəis vəzifəsi səlahiyyətlərini icra edən Azad Cəfərlinin sədrliyi ilə işğaldan azad edilmiş ərazilərdə yerləşən abidələrin qorunması və bərpası ilə bağlı yaradılan İctimai Şuranın üzvləri ilə videokonfrans formatında təsis görüşü təşkil edilib. Görüşdə işğaldan azad edilmiş ərazilərdə…

ardını oxu...

Dünya azərbaycanlılarına

Əziz həmvətənlər! Hörmətli soydaşlar! Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə səmimi arzu və diləklərimi çatdırıram. 2020-ci ili bütün dünyada koronavirus pandemiyası ilə gərgin mübarizə şəraitində başa vururuq. Yaranmış vəziyyətdən minimum itkilərlə çıxmaq üçün Azərbaycan hökuməti ilk günlərdən ardıcıl tədbirlər həyata keçirmişdir. Bu addımlar, habelə Azərbaycanın köməyə ehtiyacı olan dövlətlərə humanitar yardımları Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilmişdir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüsü ilə hər iki…

ardını oxu...

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun 30 kilometrlik hissəsi istifadəyə verilib

Prezident İlham Əliyev “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 kilometrlik birinci hissəsinin açılışında iştirak edib. İNSAATCİ.AZ xəbər verir ki, uzunluğu 150 kilometr olan yeni yol 4 hərəkət zolaqlıdır. Hazırda yeni magistralın Şabran rayonunun Gəndob kəndi və Qusar rayonunun Samur qəsəbəsi arasında yerləşən hissəsində tikinti yekunlaşmaq üzrədir. Yeni istiqamət üzrə inşa edilən bu magistral avtomobil yolu əvvəlkindən 13 kilometr qısadır. Yolun qalan hissələrinin gələn ilin ikinci yarısında yekunlaşdırılması planlaşdırılır. Yeni avtomagistrala Giləzi yaşayış…

ardını oxu...

Prezident Bakı-Quba-Rusiya dövlət sərhədi yolunun yenidən qurulmuş hissəsində görülən işlərlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7,5 kilometrliyindən Masazır dairəsinədək olan hissəsinin yenidən qurulması çərçivəsində görülən işlərlə tanış olub. APA xəbər verir ki, dövlətimizin başçısı “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 30 kilometrlik birinci hissəsinin açılışında da iştirak edib. Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illərdə mühüm sosial və iqtisadi əhəmiyyəti ilə seçilən infrastruktur layihələri həyata keçirilir. Bunlar ümumilikdə ölkəmizin iqtisadi potensialını möhkəmləndirir, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində aparılan işlərə…

ardını oxu...

Göyçay şəhərinin Baş planı təsdiq edildi

Göyçay şəhərinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanmış Baş planı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edildi. Göyçay şəhərinin Baş planı Azərbaycan Respublikası Prezidentinin 27.02.2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar Komitənin cəlb etdiyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanmışdır. Göyçay şəhərinin sonuncu Baş planı 1976-cı ildə tərtib olunmuş və hesabat dövrü 20 il müddəti əhatə edirdi. Təsdiq olunmuş yeni Baş plan istinad ili 2015-ci il olmaqla 2035-ci ilə qədər olan dövrü əhatə…

ardını oxu...

Şuşa və Hadrutun teleradio yayım stansiyasının bərpasına başlanılır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi işğaldan azad olunan ərazilərdə teleradio yayımını bərpa edəcək. İNSAATCİ.AZ apa.az-a istinadən bildirir ki, qurumun mütəxəssisləri işğaldan azad olunmuş ərazilərdə radio və televiziya yayımı xidmətlərinin qısa müddətdə tam bərpa olunması məqsədi ilə Xocavənd rayonunun Hadrut qəsəbəsində və Şuşa şəhərində işlər aparırlar. Qeyd edək ki, Şuşa şəhərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən mövcud Radio-Televiziya Yayım Stansiyasının texniki binası və stansiyadakı avadanlıqlar ermənilər tərəfindən tam dağıdılıb, bəziləri isə demontaj olunaraq aparılıb, istismara yararsız vəziyyətə salınıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar…

ardını oxu...

İlk fəxri Əməkdar İnşaatçı adını alan azərbaycanlı qadın

Salamzadə Zinaxanım Qafur qızı 21 may 1934-cü ildə Bakının Ramana kəndində anadan olub. Tikinti sahəsində ilk fəxri Əməkdar İnşaatçı adını alan azərbaycanlı qadındır. O, orta məktəbi 1952-ci ildə bitirib sənədlərini Azərbaycan Politexnik İnstitutuna verərək inşaat fakültəsinə daxil olub. 1957-ci ildə ali məktəbi bitirib, təyinatla Bakı Baş Tikinti İdarəsində əmək fəaliyyətinə başlayıb və 1957-1997-ci illərdə burada çalışaraq çox böyük uğurlara imza atmışdır. İşlədiyi illər ərzində adi tikinti ustasından rəhbər vəzifəyədək böyük və şərəfli bir əmək yolu keçmişdir. Zinaxanım Salamzadə ilk əvvəl BBTİ-nin 8 nömrəli tikinti idarəsındə iş ustası vəzifəsinə təyin edilir və 1957-1963-cü illərdə BBTİ-nin 8 nömrəli Tikinti İdarəsində tikinti ustası, iş…

ardını oxu...

Paytaxt üzrə 127 təhsil işçisi Vətən müharibəsində iştirak edib

 İNSAATCİ.AZ Azərtaca istinadən xəbər verir ki, təhsil işçiləri də Azərbaycanın öz torpaqları uğrunda haqq savaşı apardığı Vətən müharibəsində fəal iştirak ediblər. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində çalışan 127 təhsil işçisi Azərbaycan Ordusunun sıralarına qoşulub. Onlardan 122-si müəllim, 5-i direktor müavinidir.

ardını oxu...