Eldar Həsənovun qardaşı müraciət yaydı

Bu gün bəzi media orqanlarında Eldar Həsənovun torpaqlarımızın azad olunmasına susqunluq göstərdiyi və heç bir rekasiya vermədiyi haqda yanlış məlumat yayılıb. Bu sözlər sabiq baş prokuror və səfir Eldar Həsənovun qardaşı Şahin Həsənovun yaydığı müraciətdə əksini tapıb. Ş.Həsənov bildirib ki, qardaşı Eldar Həsənov hazırda təcridxanada olmasına baxmayaraq, bu barədə açıq müraciət edib: “Yəqin media nümayəndələrinin bu məqam diqqətindən yayınıb və yaxud unudulub. Ona görə bir daha xüsusi olaraq yada salıram ki, qardaşım Eldar Həsənov 8 noyabrda – Azərbaycanın incisi olan Şuşanın azad olunduğu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab…

ardını oxu...

TÜRKİYƏ ÜÇÜN ÇƏTİN SEÇİM: bir tərəfdə Vaşinqton-Berlin ittifaqı, o biri tərəfdə də London-Pekin…

Davamlı olaraq anlatmağa çalışdığım böyük savaş və onun tərəfləri haqqında tez-tez yazıram. Heç kimin qısır mübahisələrin içində qalmasını istəmirəm. Mənim dünyanı dəyişdirəcək gücüm yoxdur. Adi, öz işi ilə məşğul olan bir jurnalistin nə iddiası ola bilər ki? Ancaq, ən azı, anladığımı çatdırmalıyam. Biz daxildə mənasız mübahisələrə vaxt itirərkən yeni dünya qurulur. Adama zarafat kimi gəlir, lakin burada kimsə bunlarla maraqlanmır. Gedən mübahisələrə baxanda, az qalırdım, huşumu itirəm… Bunları 29 avqust 2019-cu ildə yazdım. Hələ nə koronavurus, nə infeksiya, nə Vuhan, nə vaksin, nə test, nə intensiv müalicə, nə qapanma, nə…

ardını oxu...

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalı” təsis edilir

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalı” təsis ediləcək. Milli Məclisə bununla bağlı qanun layihəsi daxil olub. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib.

ardını oxu...

Bu gün Bakıda 490 güzəştli mənzil satıldı – Kimlər ALDI?..

 Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 27, 4 saylı binası üzrə 121, 5 saylı binası üzrə 260 və 6 saylı binası üzrə 93 mənzilin, ümumilikdə 501 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı prosesinə 18 dekabr 2020-ci il saat 11:00-da başlanılıb və 490 mənzilin seçimi müddətdə başa çatdırılıb. Agentlikdən Modern.az-a verilən məlumata görə, qalan 11 mənzilin seçimi 28 dekabr 2020-ci il saat 11:00-dək davam edəcək. Azərbaycan Respublikası Prezidentinin 24.05.2017-ci il tarixli 1418 nömrəli Fərmanı ilə təsdiq…

ardını oxu...

İtaliya Qarabağda enerji infrastrukturu quracaq – Müqavilə İMZALANDI

Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə elektroenergetika infrastrukturunun yaradılması məqsədilə dekabrın 18-də “Azərenerji” ASC ilə İtaliyanın “Ansaldo Energia” şirkəti arasında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalanıb. İNSAATCİ.AZ xəbər verir ki, bununla da işğaldan azad edilən ərazilərdə həyata keçiriləcək layihələrə Türkiyə şirkətlərindən sonra başqa bir nüfuzlu dövlət – İtaliya da qoşulub. “Azərenerji” ASC-nin rəhbəri Baba Rzayev, İtaliyanın “Ansaldo Energia” şirkətinin rəhbəri Marino Guiseppe və İtaliyanın ölkəmizdəki səfiri Augusto Massarinin iştirakı ilə videokonfrans formatında imzalanan müqaviləyə əsasən, Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunacaq 4 ədəd 110 kilovoltluq yarımstansiyanın avadanlıqlarla təchizatını…

ardını oxu...