Şuşanın yeni görkəmi necə olacaq? – Memar danışdı

“Azərbaycan dünyanın ən zəngin mədəni irsə sahib olan ölkələrindən biridir”. Bunu Milli.Az-a açıqlamasında memar Yeganə Abdullayeva deyib. O bildirib ki, Azərbaycanın özünəməxsusluğunun və milli identikliyinin qorunması mədəniyyət siyasətimiz üçün strateji əhəmiyyət kəsb edir: “Digər ərazilərimizdə olduğu kimi Qarabağ memarlığı da Azərbaycanın mədəni irsidir. Mədəni irs xalqın milli mədəni və tarixi sərvətidir. Bir xalqın mədəni irsinin digərləri tərəfindən dağıdılması, məhv edilməsi və ya vandalizmə uğradılmasının qarşısını almaq hər birimizin borcudur. Nəhayət ki, dövlət başçımızın və 44 günlük müharibədə canından, qanından keçən övladlarımızın sayəsində işğal altında olan torpaqlarımızın təcavüzünə son qoyuldu. Vətən müharibəsindəki Zəfərdən sonra…

ardını oxu...

Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində 27.09.2020-ci il tarixindən başlayaraq mülki insanların daşınmaz əmlakına dəymiş ziyanın aradan qaldırılmasına start verilib

 Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 11 rayon və şəhər ərazisində bərpa və təmir-tikinti işlərinə başladı. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli və müzəffər Ordumuzun 2020-ci il sentyabrın 27-də başladığı sülhə məcburetmə əməliyyatlarının gedişində Ermənistan silahlı qüvvələrinin xain hücumları nəticəsində ölkəmizin bir sıra dinc şəhər və rayonları artilleriya və ballistik raket atəşinə tutularaq, insanlıq əleyhinə cinayətlər törədilmiş, günahsız şəxslər vəhşicəsinə qətlə yetirilmiş, mülki obyektlərə, fərdi yaşayış evlərinə və infrastruktura irimiqyaslı zərər vurulmuşdur. Dəymiş bu ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə ölkə başçısının 6 noyabr…

ardını oxu...

Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli İşçi Qrupunun ilk iclası keçirilib

Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli İşçi Qrupunun ilk iclası keçirilib. İNSAATCİ,AZ Trendə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Baş nazirinin müavini Ş.A.Mustafayev, Ermənistan Respublikasının Baş naziri M.Q.Qriqoryan və Rusiya Federasiyası Baş nazirinin müavini A.L.Overçukun iştirakları ilə Moskvada üçtərəfli İşçi Qrupunun ilk iclası keçirilib. İclas zamanı Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 9 noyabr 2020-ci il tarixli Bəyanatının 9-cu, həmçinin 11 yanvar 2021-ci il tarixli Bəyanatın 2, 3, 4-cü bəndlərin icrasından irəli gələn birgə işin əsas istiqamətlərinə baxılıb.

ardını oxu...

Qarabağda binalar Azərbaycanın yeni tikinti üslubunda TİKİLƏCƏKDİR- AÇIQLAMA

Prezident İlham Əliyevin əmri ilə işğaldan azad edilən bölgələrimizin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verilib. Bütövlükdə müharibədən cəmi iki ay vaxt keçib, ancaq böyük quruculuq işləri görülməkdədir. Özəlliklə də erməni vandalları tərəfindən dağıdılan yaşayış yerlərinin bərpası və tikintisi üçün Azərbaycan brendli memarlıq üslubunu özündə əks etdirən tikililərin aparılması qərarı xüsusilə sevindirici haldır.  INSAATCI.AZ  KONKRET.aza istinadən xəbər verir ki, bu layihənin ideyasının mahiyyəti barədə danışan ekspert Elnur Fərzəliyev metbuat.az-a bildirdi ki, işğaldan azad olunmuş ərazilərimizdə Qarabağ və Azərbaycan layihəli binaların tikintisi təqdirəlayiqdir. “Azərbaycanın keçmiş, dərin memarlıq tarixi var.…

ardını oxu...

Badamdarda torpaq sürüşməsi – dağıntılar var – YENİLƏNİB

Bakının Səbail rayonu ərazisində Badamdar şossesində baş verib torpaq sürüşməsi ilkin məlumata əsasən, əvvəl qeydə alınan hissədə aktivləşib. İNSAATCİ.AZ APA-ya istinadla xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov hadisə yerinə gəlib. Sürüşmə nəticəsində 1 iaşə xidməti obyekti və 2 fərdi yaşayış evi zərər görüb. Ətrafda yaşayan insanlar təxliyə olunub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və Səbail Rayon Polis İdarəsinin rəhbəri Cavid Muradov və polis əməkdaşları da cəlb olunub. Dağıntılar altında “Mersedes” markalı avtomobilin qaldığı bildirilib.  

ardını oxu...

Prezident iki məktəbdə yaradılan şəraitlə tanış oldu – Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də paytaxtın Sabunçu rayonunda yenidən inşa olunan 90 saylı və Suraxanı rayonunda 97 saylı orta məktəblərdə yaradılan şəraitlə tanış olub. INSAATCI.AZ xəbər verir ki, Prezident İlham Əliyev əvvəlcə Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən 90 saylı məktəbdə yaradılan şəraitlə tanış olub. Dövlətimizin başçısına məlumat verildi ki, bu təhsil ocağının 1939-cu və 2002-ci illərdə inşa edilən iki korpusu sökülərək onların yerində 960 şagird yerlik yeni korpus tikilib. Məktəbin müasir tədris avadanlığı ilə təchiz olunan yeni korpusunda 40 sinif, 2 informatika, 4 əmək təlimi otağı, hərbi, musiqi…

ardını oxu...

Vergi Xidməti işə qəbulla bağlı əlavə sənəd qəbulu elan edib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi orqanlarına işə qəbul olunmaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün işə qəbulla bağlı keçirilməsi təxirə salınmış müsabiqəyə əlavə sənəd qəbulunu elan edir. Dövlət Vergi Xidmətindən Trend-ə bildirilib ki, müsabiqəyə sənəd qəbulu xidmətin rəsmi saytında yerləşdirilmiş elektron ərizə vasitəsilə cari il yanvar ayının 25-i saat 10:00-dan fevralın 8-i saat 24:00-dək aparılacaq. Müsabiqədə iştirak etmək istəyənlər bu müddət ərzində Dövlət Vergi Xidmətinin rəsmi internet saytlarına (“www.taxes.gov.az” və “www.e-taxes.gov.az”) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar. Ərizə formasını doldurub sistemə daxil etdikdən sonra namizədə ərizənin sistemə daxil olunduğu…

ardını oxu...

Devlet Bahçeli:”Şuşada məktəb inşa ediləcək”

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev arasındakı qarşılıqlı anlaşma və təsdiqi ilə Şuşada məktəbin inşası layihəsi uyğun görülüb”. Bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli söyləyib. “Şuşadakı məktəbin tikintisi başa çatan kimi Azərbaycan Respublikasına təslim ediləcək”, – o bildirib. Partiya sədri həmçinin məktəbin layihəsini də təqdim edib.

ardını oxu...

Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyi konsepsiyası təqdim olundu

  Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyi konsepsiyasının təqdimat mərasimi keçirilib. INSAATCI.AZ  Modern.az-a istinadən  xəbər verir ki, konsepsiyanın müəllifi Muxtar Ərturan çıxışında bildirib ki, Azərbaycan memarları tərəfindən Prezident İlham Əliyevin 03.12.2020-ci il tarixli  sərəncamına müvafiq olaraq  belə bir təşəbbüs irəli sürülüb: “Layihə “İstiqlal zirvəsi” adlanır və şəhidlərimizin əziz xatirəsinə ithaf olunub.  Konsepsiyanın ərsəyə gəlməsində azərbaycanlı memarlarla yanaşı türk memar və mühəndislərin də əməyi var. Bu konsepsiya Türkiyə və Azərbaycan birliyinin bir rəmzidir və konsepsiyanı təmənnasız olaraq şəhidlərin xatirəsinə həsr etmişik. Bir ananın iki qolu, bir amalın iki yolu. Biz…

ardını oxu...

Zəhmətilə nüfuz qazanmış tədqiqatçı-alim

Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun Elmi Şurasının və Azərbaycan Memarlar İttifaqının üzvü, AzİMETİ-nin “Zəlzələyədavamlı bina və qurğular” laboratoriyasına rəhbəri, texnika elmləri namizədi, tanınmış ziyalı və gözəl insan Rövşən Ağarza oğlu Rzayevin bir neçə gün öncə 60 yaşı tamam oldu. Sadə və təvazökar, daim işinə məsuliyyətlə yanaşan, zəhmətlə dolu ömür yolu keçmiş bir insan, qayğıkeş və gözəl ailə başçısı kimi Rövşən müəllim yüksək mədəniyyəti ilə hamının hörmətini qazanmış, həmişə işlədiyi kollektivlərin sevimlisi olmuşdur. O, bu gün də çalışdığı Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun böyük kollektivində hörməti və nüfuzu olan…

ardını oxu...