Cənub Qaz Dəhlizi ilə Avropaya ilk qaz çatdırıldı

Bu gün Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsi ilə Azərbaycandan kommersiya məqsədli qazın nəqlinə başlanıldı.Tarixdə ilk dəfə Azərbaycan öz təbii qazını Avropa bazarına birbaşa boru xətləri vasitəsi ilə çıxarmağa nail oldu. Noyabrın 15-də TAP İtaliyanın qazpaylayıcı şəbəkəsinə uğurlu birləşdirildikdən sonra, bu gün kommersiya məqsədli təbii qaz Melendugno məntəqəsindən SNAM Rete Gas (SRG) qazpaylayıcı şəbəkəsi ilə İtaliyaya, Nea Mesimvria məntəqəsindən isə DESFA şəbəkəsi ilə Yunanıstan və Bolqarıstana çatdırıldı. Dünyada təbii qazın ən çox idxal edildiyi Avropa qaz bazarına birbaşa çıxış əldə edən Azərbaycan öz ixrac…

ardını oxu...

Prezident İlham Əliyev Türkiyənin milli müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 31-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.  İNSAATCİ.AZ  xəbər verir ki, nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler, Türkiyə Respublikasının Quru Qoşunları komandanı Ümit Dündar və Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı Adnan Özbal daxildir. Azərbaycan Prezidenti İlham Əliyev dedi: – Xoş gəlmisiniz, sizi görməyimə şadam. İl başa çatır və çox şadam ki, ilin sonunda siz Azərbaycana səfər edirsiniz. Bu il biz sizinlə dəfələrlə görüşmüşük. Fürsətdən istifadə edərək, sizi və bütün Türk Silahlı Qüvvələrini…

ardını oxu...

Suqovuşan və Talış kəndlərinə gedən yolların tikintisi birinci mərhələ üzrə yekunlaşıb

İşğaldan azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpası istiqamətində aparılan işlər artıq 1-ci mərhələ üzrə yekunlaşdırılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, ümumi uzunluğu 28.5 km olan Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları 2 texniki dərəcəyə uyğun olaraq 1-ci mərhələ üzrə bərpa edilib. 2 geniş hərəkət zolağından ibarət olan yolun asfalt-beton örtüyünün eni 9 metr təşkil edir. Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxıb və dağılıb. Bu səbəbdən də yolboyu…

ardını oxu...

“Kəlbəcərə yeni yol çəkiləcək, tunellər və digər infrastruktur layihələri icra ediləcək”

“Bizim üçün bu il xüsusi əhəmiyyət daşıyır, böyük Zəfər ili kimi Azərbaycan tarixində əbədi olaraq qalacaq”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 31-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Dövlət başçısı bildirib ki, uzun illərin işğalına son qoyuldu, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, işğalçıları işğal edilmiş torpaqlardan qovdu və ədaləti, tarixi ədaləti, haqq-ədaləti, beynəlxalq hüququ bərpa etdi: “Şəhidlər oldu, yaralılar oldu, müharibələrdə bu, qaçılmazdır. Biz şəhidlərin ruhu qarşısında and içmişik ki, dağıdılmış bu bölgələri bərpa edəcəyik. Artıq bərpa işləri başlandı,…

ardını oxu...