İlham Əliyev: Xankəndi, Laçın dəhlizi bizim üçün açıqdır, Füzulidə də aeroport tikəcəyik

“Mən göstəriş vermişəm, bu il Füzulidə beynəlxalq hava limanı yaradılmalıdır, hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir,” – İlham Əliyev bildirib. “Oradan Şuşaya məsafə də yaxındır. Çünki vaxtilə sovet dövründə Şuşaya ya gərək Xankəndidən gedəydin, ya da ki, Laçın dəhlizi ilə. İndi isə biz yeni yol açırıq. Əlbəttə, o yollar da var və bizim vətəndaşlar, bu gün orada təmir-bərpa işlərini aparanlar bu yollardan istifadə edirlər – Ağdam-Xankəndi-Şuşa yolu və Laçın dəhlizi. Yəni, bu yollar bizim üçün açıqdır. Biz nə vaxt istəsək oraya getməliyik, gəlməliyik və elə də olacaq”. Azərbaycan Respublikası Prezidentinin…

ardını oxu...

Tağıyevin maddi yardımı ilə Bakıda inşa edilən pravoslav kilsəsi

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsi çərçivəsində Müqəddəs Jen-Mironosits pravoslav kilsəsi barədə hazırlanan videoçarxı təqdim edib. Kilsə 1909-cu ildə memar M.F.Verjbitskinin layihəsi əsasında rus stilində, məşhur Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin şəxsi maddi yardımı və ianələr hesabına inşa edilib. Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksi Azərbaycana səfəri zamanı 27 may 2001-ci il tarixdə bu məbədi müqəddəs elan edib və ona baş kafedral kilsə statusu verib. Açılış mərasimində Ulu Öndər Heydər Əliyev, hökumət üzvləri, səfirliklərin nümayəndələri və dini icmaların rəhbərləri iştirak edib.

ardını oxu...

2021-ci ildə “Şahdəniz” qaz-kondensat yatağında hasilat artacaq

2021-ci ildə Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağında hasilat həcmi 21,3 milyard kubmetr səviyyəsində gözlənilir. Bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2021-ci il büdcə layihəsi barədə rəyində deyilir. Qeyd olunur ki, 2020-ci ildə 18,4 milyard kubmetr, 2019-cu ildə 16,8 milyard kubmetr qaz hasilatı proqnozlaşdırılırdı. Eyni zamanda, bu il “Şahdəniz” yatağından 32,5 milyon barel kondensatın hasil olunması proqnozlaşdırılır. 2020-ci ildə bu göstərici 29,2 milyon barel, 2019-cu ildə 28,6 milyon barel təşkil edirdi.

ardını oxu...

Bu gün Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ilk iclası keçirilib.

İclasda fondun fəaliyyət istiqamətinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsi və sərmayələrin cəlb edilməsi, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edilməsi, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirilməsi istiqamətində görüləcək işlər müzakirə olunub. Müşahidə Şurasının üzvlərindən bu istiqamətdə 2 həftə ərzində təkliflərini təqdim etmələri istənilib. Növbəti iki həftə ərzində Prezident Administrasiyası tərəfindən Fondun nizamnaməsinin layihəsi hazırlanacaq. Nizamnamə qəbul edildikdən sonra konkret istiqamətlər üzrə görüləcək işlər…

ardını oxu...

Ağdamda 27 ədəd ağ fosfor tərkibli tüstülü minaatan mərmisi tapılıb

Daxili İşlər Nazirliyinin Ağdam rayon Polis Şöbəsi tərəfindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Ağdam rayonu Qiyaslı kəndi ərazisində xeyli sayda mərminin tapılması barədə məlumat daxil olub. INSAATCI.AZ-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Ağdam rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Ağdam rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Həmin ərazinin düşmənin döyüş mövqeyi olduğu və mülki sakinlərə və obyektlərə qarşı oradan atışların…

ardını oxu...

2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. INSAATCI.AZ  xəbər verir ki, dövlətimizin başçısı qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib. Nazirlər Kabinetinə “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb. Sərəncamda deyilir ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan…

ardını oxu...

Prezident İlham Əliyev Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edib

Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. INSAATCI.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildiyini qeyd edən dövlətimizin başçısı deyib: “Yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir”. Prezident qeyd edib…

ardını oxu...