“Bakı Metropoliteni”nin keçmiş rəisi vəfat edib

“Bakı Metropoliteni” QSC-nin kollektivinə ağır itki üz verib. Metropolitenin veteranlarından biri, 1979-1987-ci illərdə Bakı metropoliteninin rəisi vəzifəsində çalışmış İqor Abbasoviç Xankişiyev yanvar ayının 6-da 82 yaşında vəfat edib. Bu barədə APA-ya Metropolitendən bildirilib. İqor Xankişiyev 1939-cu il martın 17-də Bakıda anadan olub, 1968-ci ildə Azərbaycan Politexnik İnstitutunu teplovoz və teplovoz təsərrüfatı ixtisası üzrə bitirib. 1976-cı ildən metropolitenin baş mühəndisi, daha sonra rəisi vəzifələrində çalışıb. Həyatının 1987-2017-ci illəri əhatə edən dövrünü Bakıda yeraltı yolların tikintisinə həsr etmiş İqor Xankişiyev metro istismarı və inşaatında şərəfli əmək yolu keçib. Metropolitenə rəhbərlik etdiyi 11 il…

ardını oxu...

İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib

Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib. Prezident İlham Əliyev müşavirədə çıxış edib. Dövlətimizin başçısı bildirib ki, 2020-ci ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi qələbə qazanaraq öz torpaqlarını azad edib, düşmənə sarsıdıcı zərbələr endirib və Ermənistanı məğlub edib. “Bizim şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi”, – deyən Prezident İlham Əliyev vurğulayıb ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur və Azərbaycan siyasi, iqtisadi, hərbi gücü sayəsində qarşıda…

ardını oxu...

Cavid Qurbanov şəhərin mərkəzində ödənişli parkinq yaratdı – FOTO

Bakıda müasir standartlara uyğun yeni avtomobil dayanacağı yaradılır. INSAATCI.AZ-ınməlumatına görə, sözügedən dayanacaq Puşkin küçəsində, Dövlət Dəmir Yol Xəstəxanasının qarşısında yerləşəcək. Bu günə kimi həmin ərazi boş olduğundan parkinq kimi istifadə olunub, ancaq hansı qurumun balansında olduğu bəlli deyildi. Hazırda isə Azərbaycan Dəmir Yolları QSC tərəfindən ərazi abadlaşdırılıb, avtomobillərin dayanması üçün yerdə xətlənmə işləri görülüb. Meydan xüsusi vasitələrlə əhatəyə alınıb və bir giriş-çıxış qoyulub. Qurumun əməkdaşları bildiriblər ki, ərazidə avtomobil saxlamaq üçün qiymət digər dayancaqlarda olduğu kimi hesablanacaq. Trend  

ardını oxu...

“Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs yaradılıb.

INSAATCI.AZ  xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında” Fərman imzalayıb. Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxs yaradılıb. Mərkəz Azərbaycan Respublikası ilə Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni, habelə rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirəcək. Mərkəzin saxlanılması və fəaliyyətinin təmin edilməsi, o cümlədən müvafiq beynəlxalq öhdəliklərdən irəli gələn xərclərinin ödənilməsi dövlət büdcəsinin…

ardını oxu...