BÖYÜK QƏLƏBƏ 2020-ci il – bəşəriyyət üçün pandemiya, Azərbaycan üçün isə həm də Qələbə ili

Düşmənin davranışları müharibəni labüd etdi Müharibə. Qanla yazılan tarix. Anaların fəryadı, qız-gəlinlərin göz yaşı. Gücün önə çıxdığı məqam. Müharibə döyüşənlərin sayından və hərbi əməliyyatların məzmunundan asılı olmayaraq iki tərəfin bir qanlı meydanı. Müharibə siyasətçilərin danışıqlar yolu ilə həll edə bilmədikləri problemin döyüş meydanlarında həlli. Otuz il idi ki, ölkəmiz mənfur qonşularımız tərəfindən zorla müharibəyə cəlb edilmişdi. Torpaqlarımızın təbii baxımdan ən səfalı, iqtisadi baxımdan ən məhsuldar, ərazi baxımdan ən strateji hissəsi Ermənistan tərəfindən işğal olunmuş, əhali yurd-yuvasından didərgin salınmışdı. BMT Təhlükəsizlik Şurası işğal olunmuş ərazilərimizdən erməni qoşunlarının dərhal çıxarılmasına dair 4 …

ardını oxu...

Metro tarixində ilk dəfə dəmir-beton bloklu tunel yolu qurulub

2020-ci ilin mart ayında “Avtovağzal-Xocəsən” deposu arasında ikinci tunelin inşası başa çatdırılıb. O da xüsusi qeyd olunmalıdır ki, bu tunellər metro inşaatı tarixində ən mürəkkəb qazıntı işləri kimi yer alıb. Ağır hidrogeoloji şərait, ətraf ərazidəki tikililər, kommunikasıya xətləri baxımından metro inşaatçıları ən məsuliyyətli vəzifəni layiqincə, keyfiyyətlə və itkisiz, əmək rəşadəti ilə yerinə yetiriblər. Hər iki tuneldə tikinti-quraşdırma işləri ilə yanaşı, yolun üst quruluşu elementlərinin quraşdırılması da tamamlanıb. Burada mühüm yenilik metro inşaatında ilk dəfə dəmir-beton bloklardan istifadə olunmasıdır. Yolun üst quruluşu elementlərinin ballastsız əsaslar üzərində qurulması və burada dəmir-beton bloklardan…

ardını oxu...

Azərbaycanda bu il sosial mənzillərin tikintisinə 152 mln. manat ayrılacaq

Azərbaycanda sosial mənzillərin tikintisi məsələlərinə dövlət büdcəsindən 152 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub. INSAATCI.AZ  xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edən Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib. Onun sözlərinə görə, dövlət büdcəsindən, əlavə olaraq müəyyən dövlət fondlarından, digər büdcədənkənar imkanlardan, özəl sektordan və maliyyə-bank sektorundan vəsaitlərin səfərbər edilməsi proqramının 2021-ci ildə də icra olunması üçün vəsaitlər nəzərdə tutulub. Nazir bildirib ki, o cümlədən sahibkarlara güzəştli əsaslarla kreditlərin ayrılması üçün müəyyən dövlət zəmanətlərinin verilməsi, eyni zamanda, həmin zəmanətli kreditlərin faiz…

ardını oxu...

Azad edilmiş şəhərlərdə Ermənistan işğalının açıq səma altında muzeyi yaradılacaq

“Şəhərlər bərpa olunarkən hesab edirəm, hər bir şəhərdə dağıdılmış yerlər qalmalıdır ki, bunu heç kim heç vaxt unutmasın. Şəhərsalma işləri aparılarkən müəyyənləşdirib, sonra mənə məruzə edin, misal üçün, Ağdam şəhərinin, Füzuli şəhərinin, digər şəhərlərin hansı hissəsi, hansı kvartalı dağıdılmış vəziyyətdə qalsın, Ermənistan işğalının açıq səma altında muzeyi kimi. Hesab edirəm ki, azad olunmuş bütün şəhərlərdə işğal muzeyləri də yaradılmalıdır”. Bunu Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib. Dövlət başçısı qeyd edib ki, memorial komplekslərlə, bizim Zəfərimizi əks etdirən abidələrlə bərabər, işğal muzeyləri də…

ardını oxu...

Azərbaycanda “Günəş” elektrik stansiyasının tikintisi üzrə müqavilələr martadək imzalana bilər

Azərbaycanda günəş elektrik stansiyasının tikintisi üzrə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə müvafiq müqavilələrin imzalanması mart ayınadək baş tuta bilər. INSAATCI.AZ-ın  məlumatına görə, bu barədə Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edən energetika naziri Pərviz Şahbazov deyib.   Onun sözlərinə görə, ölkədə elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30%-ə çatdırılması üzrə vəzifənin icrası məqsədilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə 240 meqavat külək elektrik stansiyasının tikintisi üzrə müqavilələr artıq imzalanıb. Xarici sərmayəyə əsaslanan bu layihə ildə 200 mln. kubmetr qaza qənaət olunmasını təmin edəcək.…

ardını oxu...

Bakı Metropoliteni: “8 Noyabr” stansiyası istismara hazırlanır

Bənövşəyi xəttin üzərində yerləşən üçüncü – “8 Noyabr” stansiyası istismara hazırlanır. “Bakı Metropoliteni” QSC-dən  verilən məlumata görə, hazırda əsas inşaat işləri yekunlaşdırıb, stansiyada son tamamlama tədbirləri yerinə yetirilir. 3 səviyyədən ibarət olan stansiya müasir metro inşaatı metod və üsulları, texnologiyalardan istifadə olunmaqla inşa edilib. Burada 13 min 365 kv. m. mərmər-qranit örtüyündən istifadə olunub. Dörd giriş-çıxış keçidi olan stansiyaya sərnişinlərin rahat və təhlükəsiz daxil olub çıxmasını pilləkənlərlə yanaşı, 17 eskalator təmin edəcək. Stansiyada fiziki imkanları məhdud sərnişinlərin istifadəsi üçün nəzərdə tutulmuş 3 lift quraşdırılıb.

ardını oxu...

ABŞ Konqresi Cozef Baydenin prezident seçkilərində qələbəsini təsdiqlədi

ABŞ Konqresi Kapitoli binasında baş verən iğtişaşlar və Vaşinqtonda tətbiq edilən komendant saatı rejimi fonunda Cozef Baydenin prezident seçkilərində qələbəsini təsdiqləyib. INSAATCI.AZ  ABŞ telekanallarına istinadla xəbər verir ki, Cozef Bayden seçkiçilərin Konqres tərəfindən təsdiqlənən 270-dən çox səsini qazanıb. Konqresdəki müzakirələr Vaşinqtonda Donald Tramp tərəfdarlarının Kapitoli binasına daxil olması zamanı baş verən iğtişaşlar fonunda keçirilir. Seçkiçilərin səslərinin təsdiqlənməsi ölkədə prezident seçkilərinin nəticələri ilə bağlı mübahisələrin davam etməsi üçün bütün konstitusiya imkanlarının qarşısını alır. Qeyd edək ki, Vaşinqtonda yerləşən Kapitoli binası qarşısında baş verən etiraz aksiyası və iğtişaşlar zamanı 4 nəfər həlak…

ardını oxu...

Prezident İlham Əliyev: Ötənilki parlament seçkiləri demokratiya istiqamətində atılmış növbəti ciddi addım idi

2020-ci ilin fevral ayında ölkəmizdə parlament seçkiləri keçirilib. Parlament seçkiləri demokratiya istiqamətində atılmış növbəti ciddi addım idi. Parlamentin rəhbər orqanları yeniləndi, rəhbərliyə yeni insanlar gəldi. INSAATCI.AZ  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədəki giriş nitqində danışıb. Dövlətimizin başçısı qeyd edib ki, ilk dəfə olaraq müxalifət partiyasının nümayəndəsi parlamentin sədr müavini seçildi. Eyni zamanda, ilk dəfə olaraq parlament komitələrinin sədr və müavin vəzifələrinə müxalifət nümayəndələri seçildilər. “Bu, yeni siyasi mədəniyyətin təzahürüdür. Bu, bütün siyasi qüvvələr arasındakı əməkdaşlığa yönəlmiş ciddi bir addımdır. Əlbəttə ki, ölkəmizin…

ardını oxu...