Azərbaycanda Türkiyənin aviasiya hərbi bazalarının qurulacağı barədə yayılan xəbərlər həqiqəti əks etdirmir

Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bir sıra xarici media orqanlarında ölkəmizin 3 şəhərində Türkiyənin aviasiya hərbi bazalarının qurulacağı barədə yayılan xəbərlərə aydınlıq gətirib. V.Dərgahlı Trend-ə bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsi siyasətindən kənardır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda Qoşulmama Hərəkatının üzvüdür və 2019-2022-ci illərdə bu hərəkatın sədridir”.

ardını oxu...

Zəfər muzeyi və memorial komplekslə bağlı işlərə başlanıldı

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin məzmununun hazırlanması və bununla bağlı müvafiq materialların toplanması işinə başlanılıb. Qeyd olunub ki, Tədbirlər Planının ilkin layihəsi Nazirlər Kabinetinə təqdim edilib: “Bildiyiniz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamda Mədəniyyət Nazirliyinə Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yeri və layihələndirilməsi ilə bağlı təkliflərin hazırlanaraq iki ay müddətində Nazirlər Kabinetinə təqdim edilməsi tapşırılmışdır. Hazırda Mədəniyyət Nazirliyi tərəfindən bu istiqamətdə işlər aparılır. Eyni zamanda, Nazirlik tərəfindən Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin məzmununun hazırlanması və bununla bağlı müvafiq…

ardını oxu...

Azərbaycan neftinin bu günə olan qiyməti

Azərbaycan neftinin qiymətində cüzi azalma müşahidə olunub. “Azeri Light” markalı neftin bir bareli 0,05 faiz və ya 0,03 ABŞ dolları qədər ucuzlaşıb. Nəticədə, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 54,70 dollar təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə – 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum – 149,66 dollara satılıb. Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin 13-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar dünya bazarında neft qiymətlərinin 5 faizə qədər artmasına…

ardını oxu...

Azərbaycan qazı artıq Yunanıstan ərazisindədir

Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə Yunanıstan Azərbaycanın təbii qazını qəbul etməyə başladı. Bu barədə ölkənin milli təbii qaz şirkəti DEPA-nın direktoru Konstantinos Xifaras mətbuata açıqlama verib. O bildirib ki, Azərbaycandan Yunanıstana təbii qazın verilməsinə başlanılması yeni dönüş nöqtəsidir. Bundan əvvəl, Bolqarıstanın Baş naziri Boyko Borisov bir milyard kubmetrdən çox Azərbaycan qazının artıq Bolqarıstan ərazisinə daxil olduğu barədə məlumat vermişdi. B.Borisov bununla da gələcəkdə Bolqarıstanın qaz tədarükü ilə bağlı problemlərinin yaranmayacağını və Azərbaycan qazının ölkəyə nəql edilməsi ilə birgə təbii qaz şaxələndirilməsinə nail olunacağını əlavə etmişdi. Qeyd edək ki, Trans…

ardını oxu...