Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiya yaradılıb

Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə müdafiə nazirinin müvafiq əmrinə əsasən komissiya yaradılıb. Nazirliyin mətbuat xidmətindən  INSAATCI.AZ-a bildiriblər ki, bu kateqoriyadan olan şəxslərin qəbulu və müraciətlərinə baxılması yanvarın 11-dən başlayaraq (bazar günü istisna olmaqla) saat 09:00-dan 18:00-dək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76) həyata keçiriləcək. Komissiyaya müraciət edən şəxslərin nəzərinə çatdırırıq ki, hərbi hissənin ərazisinə məlumat daşıyıcıları və digər cihazlar ilə daxil olmaq qadağandır. Bildiririk ki, koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq,…

ardını oxu...

Vətən müharibəsinin ilk xanım şəhidinin büstü hazırlanıb

Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 gün davam edən Vətən müharibəsinin ilk və tək xanım şəhidi hərbi tibb qulluqçusu Arəstə Baxışovanın büstü hazırlanıb. Büst gənc heykəltəraş̧ Müstəqil Balayev tərəfindən işlənib. Xatırladaq ki, Vətən müharibəsinin tək şəhid xanımı olan Arəstə Baxışova Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində çalışıb. Hərbi tibb qulluqçusu çavuş Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. O, oktyabrın 23-də Qubadlı…

ardını oxu...

Türkiyə Müdafiə Nazirliyi: “Qarabağda minalardan təmizlənmə işləri davam edir

Azərbaycan Ordusunun 44 gündə böyük bir qələbə qazandığı Qarabağ bölgəsində ərazilərin minalardan təmizlənməsi işləri davam edir.  Bu ifadələr Türkiyənin Milli Müdafiə Nazirliyinin internet səhifəsində yer alan açıqlamasında əksini tapıb. Açıqlama belə davam edir: “Quru Qoşunlarımızın Xüsusi Mina Axtarış və Təmizləmə Bölməsindən (ÖMAT) 136 nəfərlik heyət də Azərbaycan Ordusuna dəstək üçün bölgəyə göndərilib. Hərbçilərimiz Azərbaycan Silahlı Qüvvələrinin bu təyinat üzrə şəxsi heyətinə minaların təmizlənməsi üzrə təlim keçməklə yanaşı, işğaldan azad edilən Qarabağda ərazilərin minalardan təmizlənməsi fəaliyyətlərini də davam etdirirlər”.

ardını oxu...