Heydərxanlı məscidi yenidən inşa olunur

Babək rayonunun Cəhri qəsəbəsindəki tarixi Heydərxanlı məscidi orijinal layihəsi əsasında yenidən inşa olunur. INSAATCI.AZ  xəbər verir ki, ibadət ocağı ikimərtəbəli olacaq. Birinci mərtəbə kişilər, ikinci mərtəbə isə qadınlar üçün nəzərdə tutulub. Məscidin minarəsi 19 metr hündürlüyündə olacaq. Əlavə olaraq burada axund otağı da yaradılacaq. Qeyd edək ki, Cəhri qəsəbəsində yerləşən və el arasında Heydərxanlı məscidi kimi tanınan ibadət ocağı Naxçıvanda orta əsrlərdə yaradılan məscidlərdən biridir. Bu gün Cəhri qəsəbəsində altı məscid və son dövrlərdə tikilən iki mərasim evi var.

ardını oxu...

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə gəlib

Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə gəlib. INSAATCI.AZ xəbər verir ki, Moskvanın “Vnukovo-2” Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.

ardını oxu...

Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun tikintisi yekunlaşıb

Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində yol şəbəkəsinin daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu çərçivədə respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması işləri sürətlə və keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən INSAATCI.AZ -a bildirilib ki, ötən əsrin 70-ci illərində o vaxtkı normativlər əsasında tikilmiş bir çox avtomobil yolları kimi Ucar-Zərdab-Ağcabədi yolu da ağır yük maşınlarının sayının kəskin artımı nəticəsində müasir tələblərə cavab vermədiyindən aşınmaya məruz qaldı. Bu isə ciddi mənada hərəkətə maneə törədirdi. Aparılan uğurlu…

ardını oxu...