İşğaldan azad olunmuş ərazilərə nə qədər pul xərclənəcək?

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Bloomberg” agentliyinə müsahibə verib. SİA xəbər verir ki, nazir müsahibəsində Azərbaycanda koronavirusla bağlı iqtisadi vəziyyət və ölkəmizin torpaqlarını işğaldan azad etdiyi Vətən Müharibəsinin nəticələrini dəyərləndirib. “Azərbaycan iqtisadiyyatı koronavirusa görə ötən il 4,3 faiz geriləmişdi. Bu il isə 3,4 faiz artım gözləyirik. Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun da ölkəmizlə bağlı builki proqnozları nikbindir. Dünya Bankı bu il iqtisadiyyatımızın 1,9 faiz, Beynəlxalq Valyuta Fondu isə 2 faiz böyüyəcəyini proqnozlaşdırır”. Nazir ümidvar olduğunu bildirib ki, Azərbaycanda yanvarın 18-dən başlayan koronavirus vaksinasiyasından sonra qapanma olan sahələrdə yenidən canlanma…

ardını oxu...

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Xırdalan şəhərində qanunsuz tikinti-quraşdırma işlərinin qarşısını aldı

 Piyadaların hərəkətinə maneə yaradan konstruksiya səki üzərindən götürüldü. Abşeron rayonu, Xırdalan şəhəri, Zərifə Əliyeva küçəsində – Heydər Əliyev parkının yaxınlığında piyada səkisi üzərində ticarət köşkünün quraşdırılması ilə bağlı yerli sakinlərin şikayəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə daxil olmuşdur. Komitənin mütəxəssisləri tərəfindən dərhal yerində baxış keçirilərək müəyyən olunmuşdur ki, ticarət köşkü qeyd edilən ünvanda səki üzərində şəhərsalma qanunvericiliyinə və normalarına riayət edilmədən, zəruri razılaşdırılma və icazə prosedurları həyata keçirilmədən quraşdırımış, bununla da piyadaların gediş-gəlişinə maneə yaradılmışdır. Bununla əlaqədar Komitə tərəfindən Abşeron rayon İcra Hakimiyyətinə müraciət edilmiş və Azərbaycan Respublikası Prezidentinin 24.11.2014-cü…

ardını oxu...

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər

Qanlı 20 Yanvar faciəsindən 31 il keçir. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 31-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini yad etdilər. Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoydu. Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. X X X Otuz bir il əvvəl yanvarın 20-də ölkəmizə ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlığından və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının…

ardını oxu...

Azərbaycanda 20 Yanvar faciəsinin 31-ci ildönümü qeyd olunur

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi…

ardını oxu...