Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyi konsepsiyası təqdim olundu

  Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyi konsepsiyasının təqdimat mərasimi keçirilib. INSAATCI.AZ  Modern.az-a istinadən  xəbər verir ki, konsepsiyanın müəllifi Muxtar Ərturan çıxışında bildirib ki, Azərbaycan memarları tərəfindən Prezident İlham Əliyevin 03.12.2020-ci il tarixli  sərəncamına müvafiq olaraq  belə bir təşəbbüs irəli sürülüb: “Layihə “İstiqlal zirvəsi” adlanır və şəhidlərimizin əziz xatirəsinə ithaf olunub.  Konsepsiyanın ərsəyə gəlməsində azərbaycanlı memarlarla yanaşı türk memar və mühəndislərin də əməyi var. Bu konsepsiya Türkiyə və Azərbaycan birliyinin bir rəmzidir və konsepsiyanı təmənnasız olaraq şəhidlərin xatirəsinə həsr etmişik. Bir ananın iki qolu, bir amalın iki yolu. Biz…

ardını oxu...

Zəhmətilə nüfuz qazanmış tədqiqatçı-alim

Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun Elmi Şurasının və Azərbaycan Memarlar İttifaqının üzvü, AzİMETİ-nin “Zəlzələyədavamlı bina və qurğular” laboratoriyasına rəhbəri, texnika elmləri namizədi, tanınmış ziyalı və gözəl insan Rövşən Ağarza oğlu Rzayevin bir neçə gün öncə 60 yaşı tamam oldu. Sadə və təvazökar, daim işinə məsuliyyətlə yanaşan, zəhmətlə dolu ömür yolu keçmiş bir insan, qayğıkeş və gözəl ailə başçısı kimi Rövşən müəllim yüksək mədəniyyəti ilə hamının hörmətini qazanmış, həmişə işlədiyi kollektivlərin sevimlisi olmuşdur. O, bu gün də çalışdığı Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun böyük kollektivində hörməti və nüfuzu olan…

ardını oxu...

Hansı ölkələr Qarabağ bölgəsinə investisiya yatıracaq? – SİYAHI

Qarabağ bölgəsindəki tarixi torpaqlar azad edildikdən sonra Azərbaycan hökuməti Ermənistan tərəfindən işğal edilmiş və viran qoyulmuş ərazilərin bərpası planlarını təbliğ edir. Prezident İlham Əliyev Qarabağ bölgəsinin bərpasının Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını deyib və 1990-cı illərin əvvəllərindən bəri Ermənistanın təxminən 30 illik işğalı dövründə ciddi şəkildə zərər görmüş bölgələrin dirçəldilməsi üçün əlindən gələni edəcəyini bildirib. Rəsmi məlumatlara görə 700 tarix və mədəniyyət abidəsi, 927 kitabxana, 808 mədəniyyət mərkəzi, 85 musiqi və sənət məktəbi, 100 mindən çox əsərin olduğu 22 muzey, dörd sənət qalereyası, dörd teatr, iki konsert salonu və on minlərlə…

ardını oxu...

Vətənə xidmətdə keçən şərəfli ömür yolu

Təbrik edirik! Novruz İsmayılov – 75 İnsanın keçib gəldiyi ömür yolu onun həyatının güzgüsüdür və bu güzgüdə onun bütün fəaliyyəti öz əksini tapmış olur. Ötən günləri vərəqləyəndə heç də hamı öz izini görə bilmir, belələri hədər ömür yaşayanlardır, ancaq elələri də var ki, onların hər günü, hər saatı tarixdir, izdir. Bir neçə gün sonra 75 yaşı tamam olacaq Novruz İsmayılov da belələrindəndir. Onun bütün iş həyatı, fəaliyyət illəri həyatda qalacaq izləridir. Novruz İsmayılov 23 yanvar 1946-cı il tarixdə Beyləqan rayonunda anadan olub. 1952-1955-ci illərdə Beyləqanda ibtidai məktəbdə, 1955-1959-cu illərdə İsmayıllı…

ardını oxu...