Bu il şəhid ailələrinə və müharibə əlillərinə nə qədər ev veriləcək? – AÇIQLAMA

 Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğısı nəticəsində mənzil və fərdi evlə təminat proqramı 2021-ci ildə 2 dəfəyə qədər genişlənəcək. Bu il 3 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunacaq. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlikdə keçirilən kollegiya iclasında bildirib. Nazir qeyd edib ki, cənab Prezidentin iştirakı ilə fevralın 25-də Şağan Reabilitasiya Pansionatının açılışı, şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması şəhid ailələrinin, müharibə əlillərinin yüksək qayğı ilə əhatə olunması işlərinin uğurla və daha geniş miqyasda…

ardını oxu...

Prezidentdən Ermənistanda baş verənlərə MÜNASİBƏT

“Ermənistanda baş verən hadisələr Ermənistanın daxili işidir. Mən Ermənistanda son olanlara şərh bildirmək istəmirəm. Dünən şəhid ailələriylə görüşdə oradakı vəziyyətədə toxundum. Həmin çıxışım Ermənistanda baş verən hadisələrdən əvvəl edilmişdi. Ancaq hadisələr onu göstərdi ki, mən çıxışımda tam haqlıydım”. INSAATCI.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, Ermənistanda baş verənlər dövlətçilik əsaslarını sarsıdır: “Bunun günahkarları Ermənistanın keçmiş rəhbərləridir. Ölkə bütövlükdə müstəqillik əlamətlərini itirmişdi, müstəmləkəyə bənzəyirdi. Bunun səbəbi də işğalçılıq siyasəti idi. Ermənistanı ardıcıl olaraq beynəlxalq layihələrdən təcrid etmişdik. Deyirdik ki, Ermənistan…

ardını oxu...

Prezident: “Erməni faşizminin yenidən baş qaldırmasına imkan vermərik”

“Xocalı soyqırımını törədənlər hərbi cinayətkarlardır. Onların bir çoxu İkinci Qarabağ Müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilib. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib. Dövlət başçısı bildirib ki, Azərbaycan Xocalı qurbanlarının intiqamını döyüş meydanında alıb: “44 gün davam edən İkinci Qarabağ Müharibəsində Ermənistan ordusunu darmadağın edərək, öz tarixi torpaqlarımızı işğalçılardan azad edərək Xocalı qurbanlarının qanını da aldıq. Azərbaycan heç bir zaman imkan verməz ki, erməni faşizmi yenidən baş qaldırsın”.

ardını oxu...

Xocalı soyqırımından 29 il ötür

Ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımından 29 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə qarşı soyqırımı törədib. Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq,…

ardını oxu...

İlham Əliyev şəhid ailələri və əlillərə mənzillərin təqdimat mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib.  INSAATCI.AZ  xəbər verir ki, dövlət başçısı kompleksdə yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, bu kompleksdə doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub. Dövlətimizin başçısının bu ilin yanvarında imzaladığı Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, fərdi…

ardını oxu...

Azərbaycan tikinti ictimaiyyətinə ağır itki: Sabiq nazir müavini, görkəmli inşaatçı vəfat edib

 Görkəmli inşaatçı-mühəndis, sabiq nazir müavini Qurban Xanoğlan oğlu Əliyev qəflətən ürək tutmasından vəfat edib. İNSAATCİ.AZ  xəbər verir ki, Qurban Əliyev 1948-ci ildə Cəlilabad rayonunda anadan olub. İş fəaliyyətinə yol təmir və tikinti trestində baş mühəndis kimi başlayıb. 1974-cü ildən Azərbaycan Avtomobil Yolları Nazirliyində işləyib. 1989-cu ildən 1993-cü ilə qədər nazirin birinci müavini – nazir vəzifəsini müvəqqəti icra edib. Sonra – 1993-cü ildən 2004-cü ilədək “Azərsənayetikinti” Dövlət Şirkətində vitse-prezident, “Azərsənayetikinti” Açıq Səhmdar Cəmiyyətində sədrin birici müavini vəzifəsində, 2006-2008-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində baş məsləhətçi vəzifəsində çalışıb və tikinti sahəsində…

ardını oxu...

Bakı-Şamaxı yolunda yeni dairə istifadəyə veriləcək

2020-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tıxacları aradan qaldırmaq üçün Bakıdakı “20 Yanvar dairəsi”ni yenidən qurub. Bunu qurumun sədri Saleh Məmmədov “2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr” mövzusunda brifinqdə bildirib. “Bu işlərin tərkib hissəsi kimi “20 Yanvar dairəsi”ndə yeni piyada keçidi istifadəyə verilib. Bundan əlavə, ötən il Bakı-Sumqayıt yolu genişləndirilib. İlk dəfə bu istiqamətdə asma körpü istifadəyə verilib. Bu il isə Bakı-Şamaxı yolunda “Coca-Cola dairəsi”ni istifadəyə verəcəyik”, – deyə o, əlavə edib.  

ardını oxu...

Kəlbəcərə yeni yol çəkilir – Tarix açıqlandı

Kəlbəcər rayonuna Gəncə-Toğana yolunu Ömər aşırımından keçməklə yol çəkiləcək. Gələn ay həmin yolun tikintisinə başlanılacaq. INSAATCI.AZ  Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov “2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr” mövzusunda brifinqdə bildirib. “Hələlik düşmən qonşumuzla yaşayışı təmin edən qədər biz bu yoldan istifadə edəcəyik. Çünki köhnə Kəlbəcər yolundan yalnız sülhməramlılar vasitəsilə istifadə eə bilirik. Yeni yolla bağlı 2 aydır ki, layihələndirilmə işləri aparılr. Bu işlərə Türkiyə şirkəti də cəlb edilib. Yol I texniki dərəcəyə uyğun, Ömər zirvəsinə qalxmadan çəkiləcək.…

ardını oxu...

Türkiyə Qarabağda “ağıllı şəhər”lər qurmağa dəstək verəcək

“İşğalçı Ermənistandan azad edilən bölgələrin dirçəldilməsi və bərpasına yönəlmiş çalışmalar əsas hədəfimizdir”. Bunu Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasından sonra keçirilən brifinqdə Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib. Onun sözlərinə görə, Dağlıq Qarabağda Azərbaycan bayrağının dalğalandığı hər bir nöqtədə işğal illərinin izlərinin silinməsi, yoxsulluğun aradan qaldırılması və bölgənin tarixindəki əzəmətli illərinə geri qayıtmasını əsl vəzifələri olaraq görürlər: “Ətraf Mühit və Şəhərsalma Nazirliyimiz işğaldan azad olunan bölgələrin “ağıllı şəhər” modeli ilə çağımızın şərtlərinə uyğun bir infrastruktura qovuşması üçün, Enerji və Təbii Qaynaqlar Nazirliyimiz isə zərər görən təməlin, nəqliyyat və enerji xətlərinin yenilənməsi, “yaşıl enerji”…

ardını oxu...