Füzuli Beynəlxalq hava limanının tikintisi davam etdirilir

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatı zamanı möhtəşəm Qələbə əldə edilib. Bu möhtəşəm Qələbə nəticəsində işğal altındakı ərazilərimiz düşməndən azad olunub. Hazırda Prezident İlham Əliyev tərəfindən işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı bir sıra layihələrin icrası barədə tapşırıq verilib. Bu layihələr sırasında, o cümlədən işğaldan azad edilmiş ərazilərdə beynəlxalq hava limanlarının tikintisi və bölgəyə turizm marşrutlarının işlənib…

ardını oxu...

Prezident və birinci xanım açılışlarda oldu

 Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron rayonunda bir sıra sosial obyektlərin, həmçinin paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında iştirak ediblər.  İNSAATCİ.AZ  xəbər verir ki, dövlət başçısı və birinci xanım ulu öndər Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 1-də Abşeron rayonunun Xırdalan şəhərində 3 saylı məktəb-liseydə yaradılan şəraitlə tanış olublar. Dövlətimizin başçısının 2019-cu ilin yanvarında imzaladığı Sərəncamla bu təhsil müəssisəsinin 1176 şagird yerlik korpusu əsaslı təmir olunub…

ardını oxu...

Dünyanın ən iri şirkətlərindən biri Azərbaycanda öz zavodunu quracaq – SAZİŞ İMZALANDI

Bu gün CocaCola-nın yerli nümayəndəliyi olan “Azərbaycan Coca-Cola Bottlers” MMC ilə İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində məlumat paylaşıb. Sazişə əsasən, dünyanın ən iri şirkətlərindən biri olan Coca-Cola Azərbaycanda öz zavodunu quracaq. Nazir qeyd edib ki, bu layihə ölkəmizin digər regionlarında investisiya yatırımının təşviq edilməsinə, qeyri-neft sektorunun inkişafına, iqtisadi fəallığın artmasına və yeni iş yerlərinin açılmasına töhfə verəcək.

ardını oxu...

Azərbaycanda tikinti ilə bağlı yeni tələbin qüvvəyə minmə vaxtı daha üç il uzadıldı

Azərbaycanda tikinti layihələrinin şəhərsalma sənədlərinin müfəssəl planına uyğun olmasına dair tələbin qüvvəyə minmə müddəti daha 3 il uzadılır.  INSAATCI.AZ  Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Dəyişikliklə tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna dair məcəllənin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müddəanın müddəti 8 ildən 11-ə uzadılır. Beləliklə tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmasına dair tələb 2023-cü…

ardını oxu...