Paytaxtda inşaat işlərinin 88,5 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib

Paytaxtda inşaat işlərinin 88,5 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib. AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, 2020-ci ildə tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 65,2 faizini tikinti, yenidənqurma və genişləndirmə, 6,2 faizini əsaslı təmir, 5,9 faizini cari təmir, 22,7 faizini isə sair tikinti işləri təşkil edib.

ardını oxu...

Avstriya Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak etmək niyyətindədir

Avstriya Azərbaycanın azad edilmiş ərazilərində layihələrdə iştirak etmək üçün müxtəlif variantlar görür. İNSAATCİ.AZ xəbər verir ki, bunu Trend-ə Avstriyanın Avropa və Beynəlxalq İşlər Federal Nazirliyindən bildiriblər. Qeyd olunub ki, Avstriya çoxlu sayda müəssisə və mütəxəssisə malik olan iri bazar iqtisadiyyatıdır: “Avstriya mədəniyyət və milli abidələr sahəsində çoxillik təcrübəyə malikdir. Hər bir ölkə öz irsinə diqqət ayırır, amma Azərbaycanda bu, xüsusi yer tutur. Ziyan dəymiş və ya dağıdılmış mədəni irsin restavrasiyası, konservasiyası və rekonstruksiyasına gəldikdə, qeyd etmək lazımdır ki, Bakıda İçərişəhərdə, müxtəlif məscid, hamam, şəhər divarları və Qız qalası üzərində avstriyalı…

ardını oxu...