Azad edilmiş ərazilər üzrə Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib (FOTO)

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib. Trend-in məlumatına görə, iclası açan Qərargahın rəhbəri, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Azərbaycan Respublikası Prezidentinin verdiyi tapşırıqlar və müəyyənləşdirdiyi strateji istiqamətlərə uyğun həyata keçirilən işlər haqqında iclas iştirakçılarına məlumat verib. O qeyd edib ki, milli əhəmiyyət kəsb edən bərpa və yenidənqurma işlərinin dinamik və keyfiyyətli icra edilməsi, habelə bu proseslərdə ən qabaqcıl standart…

ardını oxu...

Füzuli-Şuşa avtomobil yolunda 3 kilometrlik tunel olacaq

Prezident İlham Əliyevin yanvarın 14-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan və Füzuli rayonundan başlayaraq Şuşa şəhərinə qədər uzanan I texniki dərəcəli magistral avtomobil yolunun tikintisi davam etdirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, yeni layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu 84.6 km təşkil edəcək. İnşa ediləcək tunellərin ümumi uzunluğu təqribən 3 km olacaq. Bundan başqa yeni trassa üzrə müxtəlif səviyyəli yol qovşaqlarının inşası da nəzərdə tutulur. Yeni Füzuli-Şuşa avtomobil yolu 4 və 6 hərəkət zolaqlı olmaqla…

ardını oxu...

Şuşadakı İsa bulağına yeni avtomobil yolu çəkiləcək – RƏSMİ

İşğaldan azad edilən Şuşa şəhərindəki İsa bulağına yeni yol çəkiləcək. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, həmin yol uzunluğu təxminən 101 kilometr olan Füzuli – Şuşa avtomobil yolunun tikinti layihəsin çərçivəsində həyata keçiriləcək: “Yeni trassa üzrə hazırlanan layihəyə Şuşanın məşhur İsa bulağınadək əlavə 2 km-lik II texniki dərəcəli yolun inşa edilməsi də daxil edilib. 2 hərəkət zolaqlı olacaq İsa bulağı yolu başlanğıcını yeni Füzuli-Şuşa avtomobil yolunun təqribən 82-ci km-dən götürəcək və Laçın-Şuşa-Xankəndi avtomobil yolunu uzunluğu 900 metr olan tunel vasitəsi ilə keçməklə inşa ediləcək”.

ardını oxu...

Azərbaycan Prezidenti: “Ən son model texnika Azərbaycana gətirilməlidir”

İnkişaf etmiş ölkələrdə istehsalçılar indi robotlardan geniş istifadə edirlər, biz də bundan istifadə etməliyik. Bir sözlə, ən müasir texnologiyalar, ən son model texnika Azərbaycana gətirilməlidir. Biz güclü bir qurum yaratmalıyıq, ilk növbədə, onun başlıca vəzifəsi əraziləri minalardan təmizləmək olmalıdır. INSAATCI.AZ  xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Vüqar Süleymanovu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib: “Bizim Dövlət Minatəmizləmə Agentliyimiz ölkə daxilində bütün işləri başa çatdırandan sonra bu təcrübədən istifadə edərək, xarici ölkələrdə də fəaliyyət göstərə, podratçı kimi işləyə…

ardını oxu...

Prezidentin nəzarət istəyi: biz nə etməliyik?

Avropa təcrübəsi göstərir ki, ictimai nəzarətin mediadan başqa mükəmməl mexanizmi yoxdur. İNSAATCİ.AZ  Axar.az-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyevin Qarabağdakı bərpa işlərinə ictimai nəzarət çağırışına münasibət bildirən media eksperti Qulu Məhərrəmli deyib. O, mediada ictimai nəzarətin necə təmin edilməsi ilə bağlı bir sıra təkliflər səsləndirib: “İctimai nəzarətlə bağlı Prezident İlham Əliyev cəmiyyətə çox ciddi mesajlar verir. QHT-lər, ictimai təşkilatlar olsa da, ictimai nəzarət daha çox medianın funksiyalarına daxildir. Yəni media xalqın ictimai nəzarət imkanlarını reallaşdırır. Media Qarabağda aparılan quruculuq işlərini daim diqqət mərkəzində saxlamalıdır, bunun üçün aparıcı media qurumlarının nümayəndəlikləri,…

ardını oxu...