Kəlbəcərdə polis binası təmir edildi: “Pikap”lar verildi – FOTOLAR

Məlum olduğu kimi, Kəlbəcər rayonu noyabr ayının 25-də işğaldan azad edildikdən sonra rayon Polis Şöbəsinin əməkdaşları daimi dislokasiya yerlərinə qayıdıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, bu rayonda polis əməkdaşları DİN Daxili Qoşunlarının hərbi qulluqçuları ilə birgə xidmət aparırlar. Rayonda yerləşdirilmiş şəxsi heyət təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət edir, əraziyə yalnız xüsusi icazəsi olan şəxslərin buraxılmasını təmin edirlər. DİN rəhbərliyinin göstərişinə əsasən polis əməkdaşlarının xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülüb. RPŞ-nin yerləşdiyi inzibati bina əsaslı təmir edilib, səmərəli xidmət üçün zəruri şərait yaradılıb. Növbətçi…

ardını oxu...

Bakıda üzən günəş stansiyası tikiləcək

Böyükşor gölündə ümumi gücü 100 kVt təşkil edən üzən günəş stansiyasının tikintisinə dair pilot layihə üzrə işlərə başlanması ilə bağlı ilk görüş keçirilib. Azərbaycan Energetika Nazirliyindən verilən məlumata görə, görüşdə layihə üzrə satınalınma müsabiqəsinin qalibi “Gamma Solutions” şirkətinin layihə ilə bağlı iş prinsipləri, səfərbər etdiyi işçi heyəti, layihənin icra qrafiki təqdim edilib və görüləcək işlər barədə müzakirələr aparılıb. Məlumata görə, tədbirdə Energetika Nazirliyinin, “Təmiz Şəhər” ASC-nin, Asiya İnkişaf Bankının və layihə üzrə məsləhətçi şirkətin nümayəndələri iştirak ediblər. Qeyd edilir ki, “Gamma Solutions” şirkəti üzən günəş stansiyasının mühəndisliyi, satınalınması, tikintisi, iki…

ardını oxu...

Bilal Haipak: “Pakistan şirkətləri Qarabağın bərpasında iştirak etməyə hazırdır”

“Pakistan şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa işlərinə qoşulmaqdan çox məmnun olacaqlar”. Bunu jurnalistlərə açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Bilal Hai deyib. Səfir pakistanlı sahibkarların hazırda mümkün əməkdaşlıq formatı məsələlərini nəzərdən keçirdiyini vurğulayıb. Bundan əlavə, o, bu məsələnin Azərbaycanın xarici işlər nazirinin İslamabada səfəri zamanı da müzakirə olunduğunu söyləyib.

ardını oxu...