KİVDF niyə ləğv edildi? – Yeni icraçı direktor səbəbləri açıqladı

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ləğv edilərək yerinə Medianın İnkişafı Agentliyinin yaradılmasının səbəbləri açıqlanıb.  INSAATCI.AZ  Trend-ə istinadən bildirir ki, Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov “QəbuldASAN” verilişində bildirib ki, KİVDF-nin təşkilatı-hüquqi forması geniş tədbirlərin həyata keçirilməsinə imkan vermirdi: “Biz həmin fond çərçivəsində işlərimizi görərkən və media sahəsindəki prosesləri təhlil edərkən gördük ki, bu fondun ümumiyyətlə təşkilati-hüquqi forması media sahəsində geniş islahatların aparılmasına və medianın bütün sahələrini əhatə etməyə imkan vermirdi. Yəni fondun təşkilatı-hüquqi formasının medianın yalnız maliyyə dəstəyini həyata keçirməklə müəyyən istiqamətdə işlərin görülməsi kimi bir çərçivəsi…

ardını oxu...

“Prezident İlham Əliyevin irəli sürdüyü vəzifələr Qarabağın inkişafı üçün milli prioritetlər kimi dəyərləndirilməlidir”

Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Füzuli, Zəngilan, Laçın  və Cəbrayıl rayonlarına səfərləri və bu səfərlər çərçivəsində dövlət başçımız tərəfindən bir sıra strateji obyekt və müəssisələrin açılışının edilməsi nəinki dövlətimiz üçün , eləcə də region üçün müsbət dəyişikliklərin başlanğıcından xəbər verən mühüm hadisəyə çevrildi. Bu fikirləri KİV-ə açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev bildirib. Millət vəkili söyləyib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında  torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün təmin olunması artıq Azərbaycanı regionun  ən favorit və cəlbedici ölkəsinə çevirib. Bu yaxınlarda 7 ölkəni birləşdirən və uzunluğu…

ardını oxu...

“Xalq” və “Əməkdar” titullu şəxslərlə bağlı nazirə MÜRACİƏT

Əməkdar jurnalist Rəhman Orxan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə müraciət edib. Modern.az-ın məlumatına görə, müraciətdə deyilir:   “Hörmətli cənab nazir! Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev cənablarının diqqət və qayğısı sayəsində son illər ölkədə bütün sahələr üzrə aylıq məvaciblər və müavinətlər bir-neçə dəfə əhəmiyyətli dərəcədə artırılsa da, nədənsə “Xalq” və “Əməkdar” titullu yaradıcı və sənət adamlarının – Xalq yazıçısının (şairinin), Xalq rəssamının, Əməkdar müəllimin, Əməkdar həkimin, Əməkdar mühəndisin, Əməkdar jurnalistin, Əməkdar inşaatçının və s. müavinətləri bircə dəfə də olsa artırılmamışdır. Nəyə görə bu adamlara ögey münasibət…

ardını oxu...

Qarabağda salınacaq “ağıllı kənd”lər 5 komponent üzrə tikiləcək

Artıq məlum olduğu Prezident İlham Əliyevin tapşırığına əsasən,  azad edilmiş ərazilərdə qurulacaq şəhər və kəndlər “smart-city”, “smart-village”, yəni, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında tikiləcək. Dövlət Şəhərəsalma və Arxitektura Komitəsindən Modern.az-a verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə şəhər və rayonların baş planlarının hazılanması ilə bağlı işlərə başlanılıb. Prezident İlham Əliyev fevralın 14-də azad edilmiş bölgələrə səfəri zamanı Zəngilan rayonunda birinci “ağıllı kənd” layihəsinə artıq start verildiyini bildirib. Zəngilanda salınacaq birinci “ağıllı kənd” kənd məhz Ağalı olacaq. Verilən məlumatlara görə, kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Bu komponentlər yaşayış, istehsal,…

ardını oxu...