Türkiyə Qarabağda “ağıllı şəhər”lər qurmağa dəstək verəcək

“İşğalçı Ermənistandan azad edilən bölgələrin dirçəldilməsi və bərpasına yönəlmiş çalışmalar əsas hədəfimizdir”. Bunu Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasından sonra keçirilən brifinqdə Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib. Onun sözlərinə görə, Dağlıq Qarabağda Azərbaycan bayrağının dalğalandığı hər bir nöqtədə işğal illərinin izlərinin silinməsi, yoxsulluğun aradan qaldırılması və bölgənin tarixindəki əzəmətli illərinə geri qayıtmasını əsl vəzifələri olaraq görürlər: “Ətraf Mühit və Şəhərsalma Nazirliyimiz işğaldan azad olunan bölgələrin “ağıllı şəhər” modeli ilə çağımızın şərtlərinə uyğun bir infrastruktura qovuşması üçün, Enerji və Təbii Qaynaqlar Nazirliyimiz isə zərər görən təməlin, nəqliyyat və enerji xətlərinin yenilənməsi, “yaşıl enerji”…

ardını oxu...

Azərbaycanın ən uzun asma körpüsü inşa edilir

Azərbaycanda yeni asma körpü inşa edilir. İNSAATCİ.AZ Report-a istinadən xəbər verir ki, bu ilin yanvar ayından Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. Layihəyə 2021-ci ilin yanvar ayında start verilib. Hazırda körpüdə zəminbərkitmə, beton və svay işləri aparılır. Layihəyə əsasən, Ağsu rayonu ərazisində Azərbaycanda ən uzun asma körpü inşa ediləcək. Uzunluğu 600 metr olan asman körpünun 350 metr hissəsi dayaqlı olacaq. Körpü Ağsu çayının üzərində salınacaq. Qeyd edək ki, layihənin 2022-ci ilin sonlarında başa çatdırılması nəzərdə tutulub.  

ardını oxu...

SƏNƏTİ İLƏ UCALAN MÜHƏNDİS

Təbrik edirik! Hacı Elbrus Əsədov – 70  2006-cı ildə Kənd Tikinti Nazirliyinin 40 illik yubileyi münasibəti ilə sənədli-bədii kitab hazırlamaq barədə “Azərkəndtikinti” ASC-nin sədri, Respublikanın Əməkdar Mühəndisi hörmətli Litvin İbiş oğlu Abasovdan tapşırıq aldım. Litvin İbiş oğlu kitabla bağlı bütün informasiyaları, istiqamətləri sədr müavini Rauf Məmmədzadədən alacağımı bildirdi. Kitabda Kənd Tikinti Nazirliyinin 40 illik tarixi arxiv materiallarından istifadə etməklə qazanılan uğurlar, problemlər analiz olunmalı, eyni zamanda kənd tikintisinin ayrı – ayrı dönəmlərində burda çalışmış və böyük xidmətləri olan idarə rəisləri, mühəndislər haqqında da yazıların getməsi nəzərdə tutulmuşdu. Rauf Məmmədzadənin tərtib…

ardını oxu...