Bakı-Şamaxı yolunda yeni dairə istifadəyə veriləcək

2020-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tıxacları aradan qaldırmaq üçün Bakıdakı “20 Yanvar dairəsi”ni yenidən qurub. Bunu qurumun sədri Saleh Məmmədov “2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr” mövzusunda brifinqdə bildirib. “Bu işlərin tərkib hissəsi kimi “20 Yanvar dairəsi”ndə yeni piyada keçidi istifadəyə verilib. Bundan əlavə, ötən il Bakı-Sumqayıt yolu genişləndirilib. İlk dəfə bu istiqamətdə asma körpü istifadəyə verilib. Bu il isə Bakı-Şamaxı yolunda “Coca-Cola dairəsi”ni istifadəyə verəcəyik”, – deyə o, əlavə edib.  

ardını oxu...

Kəlbəcərə yeni yol çəkilir – Tarix açıqlandı

Kəlbəcər rayonuna Gəncə-Toğana yolunu Ömər aşırımından keçməklə yol çəkiləcək. Gələn ay həmin yolun tikintisinə başlanılacaq. INSAATCI.AZ  Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov “2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr” mövzusunda brifinqdə bildirib. “Hələlik düşmən qonşumuzla yaşayışı təmin edən qədər biz bu yoldan istifadə edəcəyik. Çünki köhnə Kəlbəcər yolundan yalnız sülhməramlılar vasitəsilə istifadə eə bilirik. Yeni yolla bağlı 2 aydır ki, layihələndirilmə işləri aparılr. Bu işlərə Türkiyə şirkəti də cəlb edilib. Yol I texniki dərəcəyə uyğun, Ömər zirvəsinə qalxmadan çəkiləcək.…

ardını oxu...