MUXTAR VİLAYƏTİN AYRILMAQ STATUSU YOXDUR!

 “İnşaatçı” qəzeti, 20 may 1989,  № 58,  (4471)  Tаriхdә һeç bir cәmiyyətin һәyаtındа öz әsаs prinsiplәrini sахlаmаqlа bu qədər yenilәnmә, tәzәlәnmә, tәmizlәnmә һаdisәsi оlmаyıb. Bu tәsаdüfi dеyil. Sоsiаlizm еlmi әsаsdа qurulmuş yеgаnә cәmiyyәtdir, onun yüksəliş yönünün idarəolunmа imkаnlаrı, nәzәri оlаrаq, sonsuzdur. Yеnidәnqurmаnı bu bахımdаn yеnidənqurmа inqilаbı аdlаndırırlаr. Sоsiаlizmin әsаs prinsiplәrindәn biri, bəlkә dә birincisi, bәrаbәrlikdir. Bu müqəddəs sözün ilk növbədə millәt və хаlqlаrın bərabərliyi anlayışını götürmək istәrdim. Çаr Rusiyаsı dövründən fәrqli оlarаq, sоsiаlist dövlәtimiz bütün хаlqlаrın bәrаbərliyini qanuniləşdirdi. İndi iş о yеrә gəlib çаtıb ki, rus хаlqınа sаyınа görә böyük…

ardını oxu...

Qarabağın bərpasına dəstək… – Dünya Bankı

Dünya Bankı Azərbaycanla müxtəlif sahələrdə uzunmüddətli tərəfdaşlığa malikdir və əgər Azərbaycan hökuməti istəsə azad edilmiş torpaqlarının bərpasına da IBRD öz dəstəyini göstərməyə şad olar. INSAATCI.AZ xəbər verir ki, bunu Report-a müsahibəsində Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl deyib. “Təmsil etdiyim bankın tərkibinə ayrı-ayrı maliyyə institutları daxildir, onlardan biri də IBRD adlandırdığımız Beynəlxalq Yenidənqurma və İnkişaf Bankıdır. IBRD-nin ərazilərin bərpası ilə bağlı təcrübəsi də var. Mən tarix müəllimi deyiləm, amma onu xatırlada bilərəm ki, II Dünya müharibəsindən sonra IBRD Avropanın yenidənqurma ehtiyaclarına cavab verməyə başlayıb. Beləliklə yenidənqurma və münaqişədən…

ardını oxu...

BÖYÜK QAYIDIŞ

 Bahar gəlir… Bu bahar çox şirin, çox fərqli, çox sevindirici bahar olacaq əzizlərim. Axı 30 ildir hərarətli arzularla yaşayırdıq və hər ” Novruz tonqalı ” çatılanda qəmli bir köks ötürürdük və deyirdik ki, kaş gələn il ” Novruz tonqalları ” Şuşada və bütün girov torpaqlarımızda qalansın. Ali Baş Komandanın bir əmri ilə vətənpərvər xalqımız bir yumruq kimi birləşdi və 44 -günlük müharibədə mənfur düşmənə diz çökdürdük ! Bu xalqın igidliyini, döyüşkənliyini, birliyini bir daha dünyaya sübut etdik. Sübut etdik ki, bu xalqın Koroğluları, Nəbiləri, Həcərləri, Nigarları, Cavanşirləri, Həziləri, Mehdiləri, İsrafilləri…

ardını oxu...

Müəllimliyi ləyaqət ölçüsü, alimliyi düşüncə tərzi, publisistikası mübarizə meydanı olan alim

Vida sözü (Telman Əliyevin əziz xatirəsinə ithaf olunur)  Texnika elmləri doktoru, akademik, Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat mexanikası kafedrasının professoru, Ukrayna İnşaat Akademiyasının akademiki, Beynəlxalq Ekoenergetika Akademiyasının elmlər doktoru, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının akademiki Telman Xurşud oğlu Əliyev 07 mart 2021-ci il tarixində haqq dünyasına qovuşdu. Telman Əliyev bənzərsiz, işıqlı bir ziyalı ömrü yaşadı.  Telman Xurşud oğlu Əliyev 3 aprel 1940-cı ildə Azərbaycan Respublikası Füzuli rayonunun Aşağı Rəfədinli kəndində ziyalı ailəsində anadan olmuşdur. Atası Mustafayev Xurşud Alı oğlu ixtisasca hesabdar olmuş və kolxozda baş mühasib işləmişdir.…

ardını oxu...

Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə fərdi ev tikiləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə fərdi evlərin tikintisi üçün dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox açıq tender elan edib. İİNSAATCİ.AZ KONKRET.az-a istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 500 manatdır. İddiaçılar ilkin sənədləri aprelin 19-u saat 18:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə aprelin 27-si saat 18:00-a qədər Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85 ünvanına təqdim edə bilərlər. Əlaqələndirici şəxs Anna Elyaşinadır. Telefon: (012) 596-44-09. Təkliflərə aprelin 28-i saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. Bu…

ardını oxu...

“Zəngəzur dəhlizinin açılması çox önəmli məsələlərdən biridir” – Prezident

“Sizin səfəriniz, əlbəttə, böyük önəm daşıyır. Çünki parlamentlərarası əlaqələrimiz də çox uğurla inkişaf edir. Həm ikitərəfli formatda, həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir yerdəyik, bir-birimizi dəstəkləyirik. Əlbəttə ki, İkinci Qarabağ müharibəsi zamanı Türkiyə tərəfindən göstərilən dəstək, bildiyiniz kimi, bütün Azərbaycan xalqını çox məmnun etdi. Bu, təbiidir”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Dövlət başçısı bildirib ki, çünki iki qardaş ölkə daim bir-birinin yanındadır: “Əziz qardaşım hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın…

ardını oxu...

Fədakar elm adamı, ziyalı, nurlu insan

Təbrik edirik! Xanlar Qurban oğlu Seyfullayev – 80 il 2021-ci ilin gəlişindəki ilk görüşümüzdə AzİMETİ-nin direktoru Abdı Qarayev 5 mart tarixində öz müəlliminin 80 illik yubileyinin olacağının anonsunu vermişdi və qəzetdə bu barədə bir yubiley yazısının dərc olunmasını diqqətdə saxlamağımızı xahiş etmişdi. Söhbət Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun “Normativ sənədlərin elmi-texniki ekspertizası” şöbəsinin müdiri, Texnika elmləri doktoru, professor, Ukrayna İnşaat Akademiyasının akademiki, AzİMETİ-nin fəxri doktoru Seyfullayev Xanlar Qurban oğlundan gedirdi. Əsil elm adamı, ziyalı, nurlu insan olan Xanlar müəllimin keçdiyi möhtəşəm ömür və fəaliyyət illərinə yaxından bələd olduğumdan belə…

ardını oxu...

XALQIN MEHRİBANI

Xoşbəxt o insanlardır ki, onlara verilən ömrü təkcə özləri, ailələri, yaxınları üçün yaşamırlar. Ömürlərini mənsub olduqları vətənin, xalqın, xoş gələcəyinə həsr edə bilirlər. Bu insanlar tutduğu vəzifəyə görə deyil, etdiyi əməllərə görə tanınır, sevilir. Ən yüsək vəzifəni, ən uca məqamı xalqa xidmətdə görür. Bir evin, bir ailənin övladı olmaqdan çıxıb, bütöv bir millətin övladı ola bilirlər. Azərbayacanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESCO və İSESSCO-nun xoş məramlı səfiri, Azərbaycan Respublikasının birinci vitse prezidenti Mehriban xanım Əliyeva kimi. Ürfan fəlsəfəsinə görə hər bir insanın adı, ömrü, taleyi hələ ana bətnində…

ardını oxu...

…Qalanı xatirədir

Biz hərbiçi ailələrinin yaşadığı şəhərciyə çatanda havaya qaranlıq çökmüşdü. Günortadan yağmağa başlayan yağış maşınımızın ön və arxa şüşələrinə çırpılaraq  göz yaşı kimi süzülürdü. Sürücümüz maşını qaranlıq bir həyətdə saxlayıb, «çatdıq» – dedi. Sonra da əlavə etdi: -Şəhərciyin işıqları yanmır. Nə edək? -Gəlişimiz barədə məlumatlıdırlar. Bizi gözləyirlər. Gedək, dedim. Havanın qaranlıq və yağışlı olmasına baxmayaraq hərbi şəhərciyin həyətində bir hərəkətlilik vardı. Telefonlarının işığını yandırıb çala-çuxur, asfalt örtüyü uçulub dağılmış səkilərlə evlərinə tələsən kiçik yaşlı sakinlərdən biri qaranliq  havada nabələd olduğumuzu hiss edərək ayaq saxlayıb amiranə bir səslə: -Kimin evini axtarırsınız? Şəhid,…

ardını oxu...