Ağcabədi şəhərinin Baş planı təsdiq edildi

Ağcabədi şəhərinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanmış Baş planı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edildi. Ağcabədi şəhərinin Baş planı Azərbaycan Respublikası Prezidentinin 27.02.2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar Komitənin cəlb etdiyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanıb. Ağcabədi şəhərinin sonuncu Baş planı 1987-ci ildə tərtib olunmuş və hesabat dövrü 20 il müddəti əhatə edirdi. Təsdiq olunmuş yeni Baş plan istinad ili 2015-ci il olmaqla 2035-ci ilə qədər olan dövrü əhatə edir.…

ardını oxu...

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Qədim Qarabağın yenilənən siması” adlı müsabiqə proqramına start verir

Komitə Qarabağda Sarıcanlı, Horadiz, Böyük Mərcanlı, Zar, Şəlvə kəndlərinin və Xudafərin qəsəbəsinin memarlıq planlaşdırma həlləri üzrə müsabiqədə iştirak etməyə dəvət edir Müsabiqə proqramı  www.bizimqarabagh.az  saytında təqdim edilir Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz tərəfindən Ermənistanın 30 illik işğalçı siyasətinə son qoyulub və ölkəmiz 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq regionda təhlükəsizliyin, ədalətin bərqərar olması və öz ərazi bütövlüyünün bərpa edilməsinə nail olub. İşğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası…

ardını oxu...

Şuşaya çəkilən Zəfər yolu asfaltlanır – FOTOLAR

  Şuşanın düşməndən azad edilməsinin mənəvi rəmzi olan “Zəfər yolu”nun dövlətimizin başçısının tapşırıq və sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişləndirilərək inşası davam etdirilir. İNSAATCİ.AZ Modern.az-a xəbər verir ki, ötən il noyabr ayının 16-da, təməli qoyulmuş “Zəfər yolu” cəmi 2 ay ərzində genişləndirildi. Qısa müddət ərzində görülmüş işlər nəticəsində yol boyunca gediş-gəliş təmin olundu. Dövlətimizin başçısının tapşırığına əsasən, uzunluğu 101 kilometr təşkil edən “Zəfər yolu” Qarabağın inkişaf planı nəzərə alınmaqla 2 hərəkət zolaqlı olmaqla ikinci texniki dərəcəyə uyğun inşa edilir. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə “Zəfər yolu” Qarabağımızın tacı…

ardını oxu...