Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şuraya seçkilər keçiriləcək

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şuraya namizədlərin qeydə alınması prosesi başa çatıb və 9 avqust tarixində Şuranın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar yaradılmış Seçki Komissiyasının iclası baş tutub. İclasda İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi zamanı təqdim olunan sənədlər qiymətləndirilib və qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan 18 namizəd qeydiyyata alınıb. Seçki Komissiyası tərəfindən İctimai Şura üzvlərinin say həddi 11 nəfər müəyyən edildiyindən, irəli sürülmüş namizədlər içərisindən üzvlük hüququ qazanacaq şəxslərin təyin edilməsi məqsədi ilə 11 sentyabr 2021-ci il tarixində Komitənin inzibati binasında (AZ 1014, Bakı, Füzuli küçəsi, 65) gizli…

ardını oxu...

MEHRİBAN ƏLİYEVA – Valideyn tərbiyəsi, xalqın çörəyi halal olan insan…

Siyasətçinin ən böyük uğuru xalq arasında doğma şəxs kimi qəbul olunmasıdır. Azərbaycanda belə siyasətçilərdən biri zərifliyi, həssaslığı, zəhmətsevərliyi, mütəvaziliyi ilə seçilən, “Qadın təkcə ailəsinin deyil, həm də ölkəsinin dirəyidir” nümunəsini gerçəkləşdirməyi bacaran, Müstəqil Azərbaycan dövlətində Birinci xanım institutunu uğurla formalaşdıran Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadır. Onun fəaliyyətini dünyanın ən inkişaf etmiş ölkələrinin birinci xanımları ilə müqayisə etmək belə qeyri-mümkündür. Çünki 18 illik dönəmdə Mehriban Əliyeva qədər geniş şaxəli fəaliyyət göstərən digər birinci xanım tanımıram. Mehriban xanım həyatını heç də başqa birinci xanımlar kimi hansısa xeyriyyə tədbirlərində…

ardını oxu...

Rusiya şirkətləri Azərbaycanda “ağıllı şəhər” quracaq

Rusiya İxracat Mərkəzi Azərbaycanda “Ağıllı şəhər” biznes-missiyasında iştirak edəcək şirkətlərin seçiminə başlayıb. İnsaatci.az xəbər verir ki, bu barədə Rusiyanın Sənaye və Ticarət Nazirliyindən bildirilib. Məlumata görə, Azərbaycan bazarına çıxmaqda maraqlı olan energetika, nəqliyyat, “ağıllı şəhər”lərin tikintisi, dəmir yolu texnikası tədarükü və rəqəmsal texnologiya sahəsində fəaliyyət göstərən şirkətlər əməkdaşlığa dəvət olunub. Biznes-missiya ərzində Azərbaycan və Rusiya dövlət qurumlarının iştirakilə xüsusi proqram təşkil olunacaq, həmçinin işgüzar dairələrin nümayəndələri ilə görüşlər keçiriləcək.

ardını oxu...

Füzuli aeroportunun “işıq sürəti ilə” inşasının DAHA BİR SİRRİ

Azərbaycan dövləti düşmənə Füzulinin artıq tarixə dönən işğal günündə müasir səviyyəli beynəlxalq hava limanına döyüş təyyarələrini endirməklə cavab verdi; F 16-lar üçün ideal imkanların yaradıldığı daha bir ünvan; uzunluğu 3 km, eni 60 metr olan uçuş enmə zolağı, 60 min kv.metrlik 8 hava gəmisinin dayanması üçün sahədən ibarət olan hava limanının açılışına günlər qaldı; polkovnik: “Ora təkcə F-16-lar deyil, ağır tonnajlı hərbi yük təyyarələri də enəcək” Son 28 ildə ilk dəfə Füzuli və Cəbrayıl rayonlarının işğal tarixini geniş şəkildə qeyd etmədik, çünki artıq Qarabağın digər əraziləri kimi, bu yaşayış məntəqələri…

ardını oxu...

“Füzuli” Beynəlxalq hava limanında yoxlama uçuşları həyata keçirilir

20-25 avqust tarixlərində “Füzuli” Beynəlxalq hava limanında müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisilə uçuşlar həyata keçirilir. “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətindən Milli.Az-a verilən məlumata görə, yoxlama ATR 42-500 biznes sinif təyyarəsinə quraşdırılmış Aerodata AD-FIS-112 uçuş müfəttişliyinin tam avtomatlaşdırılmış kompleksinin tətbiqi ilə gündəlik olaraq həyata keçiriləcəkdir. Qeyd edək ki, AFIS (Aero Flight Inspection System) – hava limanlarında enmə vasitələrinin və yerüstü radionaviqasiya sistemlərinin yoxlanılması üçün istifadə olunan müasir tam avtomatik uçuş nəzarət sistemidir. Əvvəllər digər hava limanlarında bu unikal testin necə aparılması ilə videoçarxda…

ardını oxu...

“Qədim Qarabağın yenilənən siması” memarlıq müsabiqəsinə yekun vuruldu

İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin sistemli şəkildə aparılması, ölkə memarlarının və şəhərsalma mütəxəssislərinin Qarabağda yenidənqurma proseslərində iştirakının təmin edilməsi məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən keçirilən “Qədim Qarabağın yenilənən siması” adlı müsabiqəyə yekun vurulub. Hazırki mərhələdə 5 kəndi (Sarıcalı, Şəlvə, Horadiz, Böyük Mərcanlı, Zar) və 1 qəsəbəni (Xudafərin) əhatə edən müsabiqənin hədəfi eyni zamanda gənc memar və layihəçilər arasında istedadların müəyyən edilməsi və onların yanaşmalarının öyrənilməsi, eləcə də təqdim olunan layihələrdə qeyri-standart konsepsiyaların axtarışı idi. Münsiflər heyətinin Komitədə keçirilən iclasında müsabiqənin şərtlərinə cavab verən 21 layihədən ən yaxşıları müəyyən…

ardını oxu...

5-ci kanal: Türklər ərəb adı altında Ermənistanda ev alır

Yerli sakinlərin dediyinə görə, inanılmaz dərəcədə yüksək qiymətlərlə Ermənistanın tanınmış turizm şəhəri olan Aparana gələn əcnəbilər burada daşınmaz əmlak alır. KONKRET.az 5-ci kanala istinadən xəbər verir ki, sakinlər şəhərlərində görünən insanların əslən etnik türk olduqlarından şübhələnirlər. Qeyd edək ki, Aparan yaşayış massivi İrəvandan 59 km şimal-qərbdə və Spitak dəmir yolu stansiyasından 42 km cənub-şərqdə yerləşir. İrəvan-Spitak magistral yolu Aparandan keçir. Burada yerin təkindən çıxan su müalicəvi “Aparan” bulağı kimi də məşhurdur. Rəsmiyyə Şərifova  

ardını oxu...

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 avqust tarixli Fərmanı ilə təsdiq edilmişdir     1. Ümumi müddəalar 1.1. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra – Komitə) yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi (bundan sonra – Baş İdarə) “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazə verən, tikintiyə icazə üçün…

ardını oxu...

Prezidentdən Qarabağla bağlı 2 mühüm fərman

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında fərman imzalayıb. INSAATCI.AZ xəbər verir ki, fərmanla Nazirlər Kabinetinə iki ay müddətində “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanının 7.4-cü bəndinə uyğun olaraq aparılmış inventarlaşdırmanın nəticələri əsasında işğaldan azad olunmuş ərazilərdə tikililərin mövcud vəziyyəti və həmin tikililərdə baş verən dəyişikliklər barədə məlumatların uçotunun aparılması, habelə tikililərin sökülməsi sahəsində dövlət orqanlarının (qurumlarının) çevik əlaqələndirilmiş fəaliyyətinin təmin edilməsi məqsədilə işğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrini…

ardını oxu...

ŞƏRƏFLƏ YAŞANAN ÖMÜR

  Təbrik edirik! Teyyub Hüseynov – 70 Hələ kiçik yaşlarından öz uşaq aləmində  yol çəkən, ev tikən, saraylar ucaldan insanların başqa yeri var idi, onlara olan xüsusi marağını heç zaman gizlətmirdi, hardasa bir tikinti obyektinin yanından keçəndə ayaq saxlayıb saatlarla inşaatçıların işinə xüsusi heyranlıqla tamaşa edər və xəyalında bu insanların qəhrəman obrazını canlandırardı. Bəlkə də elə bu maraq hissi orta məktəbi bitirdikdən sonra onu tərəddüd etmədən Azərbaycan Politexnik İnstitutuna gətirdi və o instituta qəbul olundu. Sonrası da məlum… Hardasa 50 ilə yaxın bir zaman içində o, özünü Azərbaycanın inşaat sahəsində…

ardını oxu...