“Füzuli” Beynəlxalq hava limanında yoxlama uçuşları həyata keçirilir

20-25 avqust tarixlərində “Füzuli” Beynəlxalq hava limanında müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisilə uçuşlar həyata keçirilir. “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətindən Milli.Az-a verilən məlumata görə, yoxlama ATR 42-500 biznes sinif təyyarəsinə quraşdırılmış Aerodata AD-FIS-112 uçuş müfəttişliyinin tam avtomatlaşdırılmış kompleksinin tətbiqi ilə gündəlik olaraq həyata keçiriləcəkdir. Qeyd edək ki, AFIS (Aero Flight Inspection System) – hava limanlarında enmə vasitələrinin və yerüstü radionaviqasiya sistemlərinin yoxlanılması üçün istifadə olunan müasir tam avtomatik uçuş nəzarət sistemidir. Əvvəllər digər hava limanlarında bu unikal testin necə aparılması ilə videoçarxda…

ardını oxu...

“Qədim Qarabağın yenilənən siması” memarlıq müsabiqəsinə yekun vuruldu

İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin sistemli şəkildə aparılması, ölkə memarlarının və şəhərsalma mütəxəssislərinin Qarabağda yenidənqurma proseslərində iştirakının təmin edilməsi məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən keçirilən “Qədim Qarabağın yenilənən siması” adlı müsabiqəyə yekun vurulub. Hazırki mərhələdə 5 kəndi (Sarıcalı, Şəlvə, Horadiz, Böyük Mərcanlı, Zar) və 1 qəsəbəni (Xudafərin) əhatə edən müsabiqənin hədəfi eyni zamanda gənc memar və layihəçilər arasında istedadların müəyyən edilməsi və onların yanaşmalarının öyrənilməsi, eləcə də təqdim olunan layihələrdə qeyri-standart konsepsiyaların axtarışı idi. Münsiflər heyətinin Komitədə keçirilən iclasında müsabiqənin şərtlərinə cavab verən 21 layihədən ən yaxşıları müəyyən…

ardını oxu...

5-ci kanal: Türklər ərəb adı altında Ermənistanda ev alır

Yerli sakinlərin dediyinə görə, inanılmaz dərəcədə yüksək qiymətlərlə Ermənistanın tanınmış turizm şəhəri olan Aparana gələn əcnəbilər burada daşınmaz əmlak alır. KONKRET.az 5-ci kanala istinadən xəbər verir ki, sakinlər şəhərlərində görünən insanların əslən etnik türk olduqlarından şübhələnirlər. Qeyd edək ki, Aparan yaşayış massivi İrəvandan 59 km şimal-qərbdə və Spitak dəmir yolu stansiyasından 42 km cənub-şərqdə yerləşir. İrəvan-Spitak magistral yolu Aparandan keçir. Burada yerin təkindən çıxan su müalicəvi “Aparan” bulağı kimi də məşhurdur. Rəsmiyyə Şərifova  

ardını oxu...