Rusiya şirkətləri Azərbaycanda “ağıllı şəhər” quracaq

Rusiya İxracat Mərkəzi Azərbaycanda “Ağıllı şəhər” biznes-missiyasında iştirak edəcək şirkətlərin seçiminə başlayıb. İnsaatci.az xəbər verir ki, bu barədə Rusiyanın Sənaye və Ticarət Nazirliyindən bildirilib. Məlumata görə, Azərbaycan bazarına çıxmaqda maraqlı olan energetika, nəqliyyat, “ağıllı şəhər”lərin tikintisi, dəmir yolu texnikası tədarükü və rəqəmsal texnologiya sahəsində fəaliyyət göstərən şirkətlər əməkdaşlığa dəvət olunub. Biznes-missiya ərzində Azərbaycan və Rusiya dövlət qurumlarının iştirakilə xüsusi proqram təşkil olunacaq, həmçinin işgüzar dairələrin nümayəndələri ilə görüşlər keçiriləcək.

ardını oxu...

Füzuli aeroportunun “işıq sürəti ilə” inşasının DAHA BİR SİRRİ

Azərbaycan dövləti düşmənə Füzulinin artıq tarixə dönən işğal günündə müasir səviyyəli beynəlxalq hava limanına döyüş təyyarələrini endirməklə cavab verdi; F 16-lar üçün ideal imkanların yaradıldığı daha bir ünvan; uzunluğu 3 km, eni 60 metr olan uçuş enmə zolağı, 60 min kv.metrlik 8 hava gəmisinin dayanması üçün sahədən ibarət olan hava limanının açılışına günlər qaldı; polkovnik: “Ora təkcə F-16-lar deyil, ağır tonnajlı hərbi yük təyyarələri də enəcək” Son 28 ildə ilk dəfə Füzuli və Cəbrayıl rayonlarının işğal tarixini geniş şəkildə qeyd etmədik, çünki artıq Qarabağın digər əraziləri kimi, bu yaşayış məntəqələri…

ardını oxu...