Tarix və tarixi dərs…

Sentyabrın son günlərini yaşayırıq. İndiyə kimi sentyabr mənim üçün yada salmaq istəmədiyim uşaqlıq xatirələrimin yadddaşıma həkk olmuş hələ də sızıldayan, qan verən yarası ilə qalıb. Özümdən böyük qardaşımın nimdaş şalvarını geyib, köhnə məktəbli çantasını əlimə alb ilk dəfə utana-utana, sıxıla-sıxıla məktəbə getdiyim günləri xatırladıqca kövrəldiyim, bəzən də xəlvətə çəkilib için-için ağladığım vaxtlarım da olub. Sentyabrın payızın ilk ayı kimi uşaqlıq yaddaşıma ilişib qalan özünəməxsus izləri var… Hər payız gəlir deyəndə içimdən bir sızıltı keçir. Payız mənim üçün yağıntısı, lili, palçıqı, çamuru, eyni zamanda altı deşik “tapıçka”larımdan anamın yamaq vurub ayağıma…

ardını oxu...

Bakıda 27 Sentyabr – Anım Gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

27 sentyabr “Vətən Müharibəsi Şəhidlərinin Anım Günü” ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə Qaradağ rayonu ərazisində, Bakı-Ələt magistral avtomobil yolunun kənarındakı geniş sahədə ağacəkmə aksiyası keçirilib. Mövcud karantin rejiminin tələblərinə uyğun olaraq təşkil edilmiş aksiyada hər iki qurumun rəhbərləri, əməkdaşları və struktur bölmələrin işçiləri və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ilə yanaşı Asan könüllüləri də iştirak ediblər. Aksiya iştirakçıları tərəfindən ağac əkilən ərazi əvvəlcədən daşlardan, kollardan, tullantılardan, qurumuş ağac kötüklərindən təmizlənib, bura əkin üçün hazır vəziyytə gətirilib. Azərbaycanın ərazi bütövlüyü…

ardını oxu...

Prezidentin “Anadolu” agentliyinə müsahibəsi – Tam mətn

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin “Anadolu” agentliyinə müsahibə verib. Müsahibə sentyabrın 27-də agentliyin saytında yayımlanıb. Müsahibənin tam mətnini təqdim edirik. – Hörmətli Prezident, Anadolu Agentliyinə müsahibə vermək barədə təklifimizi qəbul etdiyiniz üçün Sizə çox təşəkkür edirik. Önəmli bir tarixdəyik – Azərbaycan Zəfərinin, 30 ilə yaxın işğal altında olan torpaqların azad edilməsinə başlandığı 27 sentyabr tarixinin birinci ildönümündəyik. O günə qayıtsaq, o günün şərtlərini zehnimizdə yeniləsək, Azərbaycan nə üçün əks-hücuma keçdi? -Bilirsiniz, son müddət ərzində Ermənistanın bizə qarşı təxribatları müntəzəm xarakter almışdı. Həm bizə qarşı yönəlmiş açıqlamalar, eyni zamanda, addımlar…

ardını oxu...

İlham Əliyev Bakı yaxınlığına atılan raketdən danışdı – BMT sessiyasındakı çıxışın TAM MƏTNİ

BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri davam edir. Sentyabrın 23-də ümumi müzakirələr zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olunub.   Prezident İlham Əliyevin çıxışı: – Cənab Sədr. Cənab Baş katib. Hörmətli dövlət və hökumət başçıları. Mən cənab Abdulla Şahidi BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri seçilməsi münasibətilə təbrik edir, ona vəzifəsinin icrasında uğurlar diləyirəm. Həmçinin qardaş Türkiyədən olan cənab Volkan Bozkıra BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri qismində liderliyinə görə dərin minnətdarlığımı bildirirəm. COVID-19 pandemiyası bütün dünya üçün ciddi…

ardını oxu...

23 sentyabr 1976-cı il: SSRİ İranı məhv etməyin bir addımlığında… – Bakıdan qalxan təyyarə

Düz 45 il öncə – 23 sentyabr 1976-cı ildə “Soyuq müharibə” zamanı əldə olunan beynəlxalq gərginliyin azaldılması dövründə beynəlxalq insident baş verir: sovet təyyarəçisi Valentin Zasimov idarə etdiyi An-2 təyyarəsi ilə İrana qaçır. Sovet təyyarəçilərinin İrana qaçması halları əvvəllər də baş vermişdi, lakin Zasimovun qaçışı və sonrakı hadisələr – SSRİ rəhbərliyinin İran rəhbərliyinin ünvanına səsləndirdiyi təhdidlərinin səviyyəsinə görə Sovet-İran münasibətlərinin tarixində vacib mərhələ olur. SSRİ rəhbərliyi tərəfindən İran rəhbərliyinin ünvanına elə təhdidlər səsləndirilir ki, onların nəinki bu iki ölkə arasındakı münasibətlərdə, bütövlükdə dünya diplomatik praktikasında analoqu olmur. Digər potensial qaçaqçılara cəzanın…

ardını oxu...

Sumqayıtdan Bakıya yeni yol çəkilə bilər (ÖZƏL)

Sumqayıt istiqamətindən Bakıya giriş üçün alternativ yol çəkilə bilər. İnsaatci.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. O bildirib ki, Sumqayıtdan Bakı şəhərinə girişdə tıxacların aradan qaldırılması ilə bağlı tədbirlər davam etdirilir: “Tədbirlər planı çərçivəsində Bakı şəhərinə alternativ yolun çəkilməsi planı da var. Bunun üçün Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin yaxınlığından Bakı şəhərinin Şərifzadə küçəsinə, oradan isə “20 yanvar” istiqamətinə yol çəkilməsi təklif olunub. Bu təklif qəbul olunarsa, həmin ərazidən tunel inşası nəzərdə tutulur”. A. Nəcəfli bildirib ki,…

ardını oxu...

Nazirlik hərrac keçirdi, 24 dövlət əmlakı özəlləşdirildi

Bu gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil olunmuş hərracda 24 dövlət əmlakı özəlləşdirilib. Bu barədə nazirlik məlumat yayıb. Bunlardan 23-ü nəqliyyat vasitəsi, 1-i isə kiçik dövlət müəssisəsidir. Özəlləşdirilən dövlət əmlakı üzrə 7-si elektron olmaqla 101 sifariş verilib. Kiçik dövlət müəssisəsi Ağdaş rayonu, Nemətabad kəndində yerləşən istehsal sahəsidir. Rəqabətli hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/2ZpyK6F) Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin…

ardını oxu...

Ölkəmizə daha 40 milyard dollar gəlir…

27 il əvvəl dünyanın müxtəlif ölkələrini təmsil edən şirkət nümayəndələri Bakıda bir araya gələndə çox az adam düşünürdü ki, qısa müddətdən sonra Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan aparıcı ölkələrdən birinə çevriləcək. Qısa olaraq Əsrin Müqaviləsinə nəzər salaq. Müqavilənin operatoru kimi çıxış edən BP şirkəti ən çox paya malik idi: ingilslər 34.1 faiz paya sahib ola bilmişdilər. Qalan paylar digər iştirakçı şirkətlər arasında bölüşdürülmüşdü: Şevron-Texaso (10.2%), Lukoil (10%), ARDNŞ (10%), Statoil (8.6%), Ekson Mobil (8%), TPAO (6.8%), Devon Energi (5.6%), İtoçu (3.9%), Amerada Hess (2.7%). Axar.az xəbər verir ki, bu barədə…

ardını oxu...

Bakıda yeni metro stansiyasının tikintisinə başlanıldı – Foto

Bakı metropoliteni QSC-nin Bənövşəyi xətti üzrə Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşəcək şərti adı B-04 olan stansiyanın inşasına başlanılıb. “İnsaatci.az” xəbər verir ki, Bənövşəyi xəttin “Memar Əcəmi” və “8 Noyabr” stansiyalarında olduğu kimi, burada da tikinti “Qruntda divar” üsulu ilə aparılıb. Bu üsul ekoloji cəhətdən daha təmiz olması ilə yanaşı, məhdud məkanda inşaatın effektiv aparılmasına, habelə qənaətə nail olmağa imkan verir. Bu üsulun tələblərinə uyğun olaraq, tikinti işlərinə qədər “Divarda qrunt”un monolit dəmir-beton panelləri quraşdırılıb. Ötən dövrdə 1010 və 1021 metr uzunluğunda olan iki tunelin…

ardını oxu...

“Ölümün tez gәlmәsini Kamranımın gәlmәsi qәdәr çox istәyirәm”

Bu dәfә çәtinliklә üzbәüzәm. Bilmirәm nәdәn başlayım? Dәrddәn küsöv kimi yanıb, beli bükülmüş atanın dağı, daşı yandıran ahından, nalәsindәnmi? Hәlә ana bәtnindәykәn atasının şәhid xәbәrini eşidib ürәyi qarsımış, dünyanın gedişindәn, gәlişindәn xәbәri olmayan, ömrü boyü ata nәvazişinin, ata nәfәsinin hәrarәtini duymayan, ata qucağının istisindә uyumayan Kamrananın qәmli baxışlarındanmı? Yoxsa, – “ölümü oğlumun gәlişi qәdәr sәbirsizliklә gözlәyirәm. İnanıram ki, cәnnәtdә Kamranımla görüşәcәyәm”– deyәn ananın adamın ürәyini param-parça edәn qәmli, lal baxışlarındanmı? O, gözlәrdәn ki, onun sellәnәn göz yaşında boğula bilәrsәn… “-Mәn qәhrəman qızı olmaq istәmirәm. Mәn, mәnim hәr dәrdimә yanan atanın…

ardını oxu...